Qazaxıstan Milli Bankı ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı hər iki qurum tərəfindən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.