QAZAXISTAN NEFTİ BTC İLƏ MÜTLƏQ NƏQL EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RTR televiziya kanalına müsahibəsində demişdir ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərini kifayət qədər uzun müddət tam yüklənmiş vəziyyətdə işlətmək üçün Azərbaycanın öz ehtiyatları kifayət qədərdir. Dövlət başçısının sözlərinə görə, digər ölkə və şirkətlərin bu layihədə iştirak imkanları açıqdır və bunu arzu edəcək bütün şirkətlərə Azərbaycan öz infrastrukturunu kommersiya şərtlərinə uyğun olaraq istifadəyə verməyə hazırdır.
Qazaxıstanın bu layihədə iştirak etmək və öz neftini bu boru kəmərinin köməyi ilə göndərmək imkanı olduğunu söyləyən Prezident İlham Əliyev demişdir ki, artıq Qazaxıstanla bu məsələ haqqında dövlətlərarası saziş vardır. Gələcəkdə Qazaxıstan nefti bu marşrutla mütləq nəql ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [09:12]
Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub
- 15.10.2026 [08:46]
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [18:20]