Qazaxıstan prezidenti Ermənistana səfər edib
Bakı, 15 aprel, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfərə gəlib. O, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Kasım-Jomart Tokayev və Nikol Paşinyan ticari-iqtisadi, tranzit-nəqliyyat, investisiya, mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə regional sabitlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Nikol Paşinyanın Qazaxıstan prezidentini Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların gedişi barədə məlumatlandırdığı bildirilir.
Səfər çərçivəsində Kasım-Jomart Tokayevin ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla da danışıqlar aparacağı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]