Qazaxıstan və Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını müzakirə ediblər
Astana, 1 dekabr, AZƏRTAC
Qazaxıstanın Mangistau vilayətinin Gürcüstanla əməkdaşlığının genişləndirilməsi məsələləri vilayətin icra hakimi Nurdaulet Kilıbayla bu Cənubi Qafqaz ölkəsinin səfiri Levan Diasamidze arasında keçirilən görüşdə müzakirə edilib.
AZƏRTAC Mangistau vilayəti icra hakiminin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Kurık (Qazaxıstan) – Ələt (Azərbaycan) istiqaməti üzrə Xəzər dənizindən keçən müntəzəm dəniz-bərə xəttinin yaradılması layihəsi nəzərdən keçirilib.
“Georgian Industrial Group” tərəfindən irəli sürülən bu layihə çərçivəsində gələn ilin birinci yarısında iki bərənin işə salınması planlaşdırılır. 2027-ci ilə qədər bərə donanmasını altı gəmiyə çatdırılması nəzərdə tutulur. Bu isə Xəzər istiqaməti üzrə yükdaşımaların həcmini artırmağa, liman infrastrukturunun inkişafına və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) ümumi səmərəliliyinin yüksəldilməsinə imkan verəcək.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Mangistau vilayətinin Gürcüstanla xarici ticarət dövriyyəsi 1,9 milyon ABŞ dolları təşkil edib. Vilayətdə gürcü kapitalının iştirakı ilə 51 müəssisə fəaliyyət göstərir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]