QAZAXISTAN VƏ İORDANİYA MƏDƏNİYYƏT SAHƏSİNDƏ DƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİRLƏR
Bu sənədlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə buraya ikigünlük rəsmi səfərə gələn İordaniya Kralı II Abdulla arasında Almatıda aparılmış danışıqların yekunlarından biridir. Tərəflər iqtisadi əməkdaşlıq məsələlərini müəyyənləşdirməklə məşğul olacaq ikitərəfli komissiya yaradılması barədə də razılığa gəlmişlər.
Qazaxıstan Prezidenti sənədlər imzalandıqdan sonra demişdir: “Beynəlxalq və regional siyasətdə, eləcə də terrorizmlə mübarizə və Yaxın Şərqdə sülhün bərqərar edilməsi məsələlərində baxışlarımız uyğun gəlir. Yaxın Şərqdə vəziyyətin nizama salınmasında İordaniyanın rolu bizə yaxşı məlumdur. Bu prosesdə Qazaxıstan da iştirak etmək istəyir”.
II Abdulla vurğulamışdır ki, Qazaxıstanla İordaniya arasında siyasi sahədə həmişə yaxşı və sıx münasibətlər olmuşdur. Yaxın gələcəkdə iqtisadi əlaqələr də genişlənəcəkdir.
İordaniya Kralı Qazaxıstana ilk səfərə Prezident Nursultan Nazarbayevin dəvəti ilə gəlmişdir. II Abdulla Prezidenti İordaniyaya cavab səfərinə dəvət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]