Qazaxıstan Xarici İşlər Nazirliyi Yaxın Şərqə səyahət etməyi məsləhət görmür
Astana, 6 mart, AZƏRTAC
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına aktiv hərbi əməliyyatlar dayandırılana və vəziyyət tam normallaşana qədər Yaxın Şərqə səyahətdən çəkinməyi tövsiyə edir.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tövsiyə Bəhreyn, Misir, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Suriyaya şamil edilir.
Bölgədəki Qazaxıstan vətəndaşlarına gücləndirilmiş şəxsi təhlükəsizlik tədbirləri görmək, potensial təhlükəli ərazilərə getməmək, raket təhlükəsi olduğu halda dərhal sığınacağa yollanmaq, yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etmək və Qazaxıstanın xaricdəki idarələri, tur operatorları və hava daşıyıcıları ilə əlaqə saxlamaq tövsiyə olunur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbir
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]