DÜNYA
Qazaxıstan XİN ölkə vətəndaşlarını müvəqqəti olaraq Banqladeşə səfər etməməyə çağırıb
Astana, 7 avqust, AZƏRTAC
Banqladeşdə yaranmış vəziyyətlə əlaqədar Qazaxıstanın Xarici İşlər Nazirliyi vətəndaşlarını vəziyyət sabitləşənədək bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, hazırda Banqladeşdə olan Qazaxıstan vətəndaşlarına son dərəcə zəruri hallar istisna olmaqla, yaşayış yerlərini tərk etməmək, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, sayıq və ehtiyatlı davranmaq, xəbərləri izləmək və hakimiyyət orqanlarının tövsiyələrini yerinə yetirmək, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyi və Qazaxıstanın Hindistandakı səfirliyi (eyni zamanda, Banqladeş Xalq Respublikasında akkreditə olunmuş) ilə əlaqə saxlamaq tövsiyə olunur.
Banqladeşdə olan Qazaxıstan vətəndaşları və onların Qazaxıstandakı qohumları üçün əlavə və təcili məlumat almaq məqsədilə qaynar xətlər yaradılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana