Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazi Araz Məlikov: “Güclü Ermənistan ordusu” mifi Aprel döyüşlərində ifşa olundu

Qazi Araz Məlikov: “Güclü Ermənistan ordusu” mifi Aprel döyüşlərində ifşa olundu

Bakı, 4 aprel, AZƏRTAC

Aprel döyüşləri zamanı döyüş bölgəsinə yaxın ərazidə təlim keçirdik. Anidən düşmənin hücuma keçməyi barədə xəbər gəldi və döyüş zonasına getmək barədə əmr aldıq. Əraziyə yaxınlaşanda ordumuzun bölmələrindən birinin mühasirədə olduğunu gördük. Bölmələrimizi mühasirədən xilas etmək üçün düşmən üzərinə hücuma keçdik. Tərtər rayonunun Talış kəndi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı düşmənin xeyli canlı qüvvəsini məhv etdik, postlarını ələ keçirdik. Ermənilər postları, yüksəklikləri itirəndən sonra daha da azğınlaşdılar. Dəfələrlə hücum edir, itirdiklərini geri qaytarmağa cəhd edirdilər. Ordumuz isə düşmənin hər həmləsini boşa çıxarırdı, onlar itki verib geri çəkilməli olurdular. Düşməndən təmizlənən bütün strateji yüksəkliklər uğrunda amansız mübarizə gedirdi.

Bunu AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin giziri, qazi Araz Məlikov deyib.

Qazi söhbətinə belə davam edib: “Biz Aprel döyüşləri başlayan zaman təlimdə olduğumuzdan kiçikçaplı silahlarla irəli atılmışdıq. Ermənilər isə üzərimizə tanklarla, BTR-lərlə gəlirdilər. Hücumun qarşısını alır, onların çox irəli gəlməsinə imkan vermirdik. Bir növ vaxt qazanmağa çalışırdıq. Minaatanlar gətiriləndən sonra düşmən texnikalarını məhv etdik. Şəxsi heyətləri çox itki verdi və geri çəkilməyə məcbur oldular. Bundan sonra döyüşlər daha da qızışdı. Hər yerdən əlləri üzülən ermənilər həmişə olduğu kimi qayda-qanunları pozaraq xislətlərinə uyğun davranış sərgiləməyə, bizi ağır artilleriya ilə vurmağa başladılar. O zaman tabor yoldaşlarımızdan bir neçəsi şəhid oldu. Əslində insanın ağır artilleriya ilə vurulması cinayət sayılır. Lakin qarşımızdakı düşmən öz barbarlığı, amansızlığı və qaniçənliyi ilə ad çıxarmış ermənilər idilər. Beləliklə onlar bu addımları ilə qorxacağımızı zənn edirdilər. Lakin biz bütün bunların əksinə olaraq irəli gedirdik. O zaman bizə elə güc gəlmişdi ki, sanki heç bir güllə dəyməyəcəkmiş kimi hiss edirdik. Gözümüzün qarşısında şəhid olan dostlarımızın qisasını almaq və bu döyüşdən qalib ayrılmaq naminə ancaq və ancaq irəli atılırdıq. Döyüşə-döyüşə şəhidlərimizi, yaralılarımızı savaş meydanından çıxararaq təxliyə qruplarına təhvil verirdik. Ağır artilleriyanın qarşısında cəsarətlə dayanmağımız, bütün situasiyalarda soyuqqanlı davranaraq vəziyyəti xeyrimizə dəyişməyimiz bu savaşı qazanmaq inamımızı və əzmimizi daha da artırırdı. Buna da nail olduq və düşmənin illərdir özünü inandırmağa çalışdığı “güclü Ermənistan ordusu” mifi Aprel döyüşlərində ifşa olundu”.

Müharibənin yazılmamış qanunları olduğunu, irəli atılan hər bir döyüşçünün şəhid olacağı ehtimalını dərk etdiyini bildirən A.Məlikov Aprel döyüşləri zamanı yaralandığı anı belə xatırlayır: “Döyüş yoldaşlarımdan biri - Afiyəddin Əliyev minaya düşərək yaralandı. Onu döyüş meydanından çıxaran zaman atəş zərbələri daha da şiddətləndi. Ağır artilleriyanın aramsız zərbələrinə məruz qalırdıq. Ermənilər bizi 120 millimetrlik minaatan mərmiləri, smerçlər, qradlarla vurmağa çalışırdılar. Yaxınlığımıza mərmi düşməsi nəticəsində zərbənin təsirindən təpədən aşağı yuvarlandıq. Yenə də yaralını buraxmadıq və təxliyə etdik. Digər yaralılarımıza kömək etmək məqsədilə yenidən döyüş meydanına qayıtdıq. Döyüş zonasına müxtəlif tərəflərdən daxil olaraq yaralıları təxliyə edə bildik. Bircə onu xatırlayıram ki, çox yaxınlığıma artilleriya mərmisi düşdü. Ondan sonrası zülmət qaranlıqdır. Gözlərimi açanda Gəncə hospitalında idim. Kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları almışdım, qulaqlarımın hər ikisi batmışdı. Əməliyyatdan sonra qulaqlarımdan birinin eşitmə qabiliyyəti bərpa olundu. Digər qulağım da əməliyyat olunacaq. Aldığım yaralara görə 2017-ci ildə ordu sıralarından tərxis olundum. Doqquz illik xüsusi təyinatlı qüvvələr mənsubu kimi xidmət dövrümün bitməsinə çox təəssüflənsəm də qalib hərbçi kimi xidməti başa vurmaq mənə təsəlli verirdi.

Hələ Aprel döyüşlərindən əvvəl də düşmən təxribatlarının qarşısını alarkən düşmənin gücünə və döyüş taktikasına bələd olmuşduq. Belə bir qayda var ki, qalib gəlmək istəyirsənsə, heç vaxt qarşı tərəfi özündən zəif bilməməlisən. Lakin döyüş tapşırıqlarını yerinə yetirərkən görürdük ki, Azərbaycan Ordusu düşməndən qat-qat güclüdür. Biz hər cəhətdən onları qabaqlayırdıq. Ən böyük üstünlüyümüz isə doğma torpaqlarımızda savaşmağımız idi, bu isə bizə əlavə güc verirdi. Çox əmin idim ki, müharibə olsa, qalib gələcəyik. Birinci Qarabağ müharibəsi dövründə də güclü döyüşçülərimiz olub. Lakin ordu quruculuğunun olmaması, silah-sursat çatışmazlığına görə istənilən nəticə əldə edilməyib. Biz onların qəhrəmanlığından, çətin şəraitdə göstərdikləri şücaətdən güc almış, həmin döyüşçülərdən örnək götürmüşük. Sadəcə olaraq ovaxtkı qeyri-bərabər döyüş şəraitində üstünlüyü ələ keçirən ermənilər özlərinə məğlubedilməzlik donu biçmişdilər. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının artırılması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində aparılan islahatlar çox keçmədən öz nəticəsini vermişdi. Sonrakı dövrlərdə aparılan bir neçə hərbi əməliyyat zamanı Azərbaycan Ordusu əsl gücünü ortaya qoya bilmişdi. Aprel döyüşlərindən əvvəl də təxribatlara əl atan ermənilər dəfələrlə uğursuzluğa düçar olsalar da, ağır itki verib geri çəkilsələr də zəif olduqlarını ört-basdır eləməyə çalışırdılar. Elə döyüş tapşırıqlarımız olub ki, 10-12 nəfərlə ermənilərin xüsusi təyinatlı taborunu məhv eləmişik. Aprel döyüşləri Ermənistan ordusunun qazandığı ilk ağır məğlubiyyət olmaqla yanaşı, onların Azərbaycan Ordusundan dəfələrlə zəif olduğunu gün üzünə çıxardı. Aprel döyüşləri böyük Zəfərə bir cığır, bir yol açdı. O yolu isə igid oğullar 44 günə qət etdilər. Vətən müharibəsində iştirak edə bilməsəm də Qələbənin təməlini qoyanlar arasında olmaq qürurvericidir. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən qəhrəmanlarımızı, igid döyüş yoldaşlarımızı dərin ehtiramla xatırlayacaq, onları son nəfəsimizə qədər unutmayacaq, göstərdikləri şücaəti nəsillərdən-nəsillərə ötürəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir