“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb
Bakı, 14 iyun, AZƏRTAC
“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla anlaşmalar yenilənib. Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub.
Anlaşmaları 2021-2022-ci il mövsümünün sonunda başa çatan futbolçular 2022-2023-cü il mövsümündə də “qırmızı-qara” formanı geyinəcəklər.
U.Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), A.Məmmədov 152 (13 qol), M.Musayev isə 60 (2 qol) oyun keçirib.
Xatırladaq ki, “Qəbələ” daha əvvəl Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzadıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]