“Qəbələ” klubu Avstriyanın “Qrodiq” komandasını böyük hesabla məğlub edib
Bakı, 1 iyul, AZƏRTAC
Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsinin ilk qarşılaşmasında yerli “Qrodiq” klubu ilə üz-üzə gəliblər.
“Qəbələ” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alsa da, avstriyalıların müqavimətini yalnız ilk yarının ortalarında qıra bilib. Matçın 24-cü dəqiqəsində Stiven Monroz fərqlənib. Fasiləyədək komandamız hesabı artırmağa da nail olub. İlk qoldan 13 dəqiqə sonra Ürfan Abbasov rəqib qapısına yol tapıb.
İkinci hissəyə “Qəbələ” qolla başlayıb. Qarşılaşmanın 47-ci dəqiqəsində Asif Məmmədov fərqlənib. Bir dəqiqə sonra Xavyer Ernandes Qonzales hesab arasındakı fərqi artırıb. A.Məmmədov 56-cı dəqiqədə dubl müəllifi olsa da, iki dəqiqə sonra Araz Abdullayev penaltini dəqiq yerinə yetirib. Fərid Nəbiyevin 75-ci dəqiqədəki qolu matçda sonuncu olub - 7:0.
Beləliklə, “Qəbələ” ikinci təlim-məşq toplanışına böyük hesablı qələbə ilə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]