“Qəbələ” klubu Bakı səfərində üç xal qazanıb
Bakı, 5 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, turun digər matçında “Neftçi” klubu “Qəbələ” ilə üz-üzə gəlib. “Neftçi” son səkkiz qarşılaşmada olduğu kimi, bu dəfə də rəqib komandaya qalib gələ bilməyib. Rəqibi ilə keçirdiyi dörd matçdan qalibiyyətlə ayrılan “Qəbələ” isə yenə də üç xalı qazanan tərəf olub.
Qarşılaşmaya inamlı başlayan “Neftçi” birinci hissənin 26-cı dəqiqəsində Salas Quinta Antonionun qolu ilə hesabda irəli çıxıb. İlk hissənin sonunadək oyuna hakim olan meydan sahibi ikinci hissədə təşəbbüsü əldən verib. “Qəbələ” 52-ci dəqiqədə Rafael Santosun zərbəsi ilə görüşdə tarazlığı bərpa edib. Matçın 80-ci dəqiqəsində bakılıların heyətində Rodriqes Filyo Jairo qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Bundan on dəqiqə sonra “Neftçi” qapısında növbəti qolu görüb. Rəşad Eyubov komandasının qələbəsini rəsmiləşdirib. Beləliklə, “Neftçi” doğma meydanda “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.
Bu məğlubiyyətdən sonra paytaxt təmsilçisi 31 xalla altıncı sıradakı yerini itirərək yeddinci pillədə qərarlaşıb. Xallarının sayını 41-ə çatdıran Roman Qriqorçukun komandası isə ikinci pillədəki “Zirə” ilə xal fərqini 3-ə endirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]
Çempionlar Liqasında tarixi hesab qeydə alınıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]