“Qəbələ” komandası AZAL-ı məğlub edərək liderliyi ələ keçirib
Bakı, 8 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək turun ilk oyun günündə liderlər meydana çıxacaqlar.
Turun açılış oyunu Qəbələdə keçirilib. Eyniadlı komanda turnir cədvəlinin sonuncusu AZAL-ı qəbul edib. Liderdən cəmi bir xal geri qalan “Qəbələ” futbolçusu Filip Ozobiçin dubl ilə qalib gəlib - 2:0. O, 64-cü dəqiqədə penaltı cəriməsini dəqiq yerinə yetirib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə isə yenidən adını tabloya yazdıraraq “Qəbələ”yə 3 xalı qazandırıb.
Beləliklə, qələbə sayəsində xalını 38-ə yüksəldən Roman Qriqorçukun komandası yalnız lider “Qarabağ”ın xal itirdiyi təqdirdə turnir cədvəlinə başçılıq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]