İDMAN
“Qəbələ” komandası Litvanın “Vilnüs” klubuna qalib gəlib
![“Qəbələ” komandası Litvanın “Vilnüs” klubuna qalib gəlib](/files/2017/3/1200x630/15091158424232650668_1200x630.jpg)
Bakı, 27 oktyabr, AZƏRTAC
Litvanın paytaxtı Vilnüsdə “Ateitis Cup” turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib.
“C” qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.
Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviyanın “Dauqavpils” komandasına qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu oktyabrın 28-də keçirəcək. Komandamız Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]