QƏBƏLƏDƏ DAHA BEŞ MİN ƏDƏD AĞAC ƏKİLMİŞDİR
Qəbələ, 12 aprel (AZƏRTAC). Qəbələ Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə rayonda keçirilmiş növbəti iməcilikdə idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin kollektivləri yaxından iştirak etmişlər.
Səkkiz yüz nəfərin qoşulduğu aksiya zamanı Qəbələ şəhərinin Heydər Əliyev prospektinin, İ.Qutqaşınlı və Sahil küçələrinin kənarlarına, eləcə də Bum qəsəbəsində və Qəmərvan kəndindəki boş torpaq sahələrinə 5000 ədəd müxtəlif növ ağac əkilmişdir.
Bundan əlavə, yaşıllıq və abadlıq işləri çərçivəsində yol kənarlarındakı qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, yeni ağacların əkildiyi ərazilərə su xətti çəkilmiş, əvvəl torpağa basdırılmış minlərlə ağaca qulluq göstərilmiş, şəhərin kənarı məişət tullantılarından təmizlənmişdir.
Qəbələdə indiyədək “Ekologiya ili” çərçivəsində 33 min ağac əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]