“Qəbələ”nin boksçuları paytaxt birinciliyində dörd medal qazanıblar
Bakı, 15 yanvar, AZƏRTAC
Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb.
AZƏRTAC xəbər verir ki, 2002-2003-cü il təvəllüdlü boksçuların 4 günlük mübarizəsində “Qəbələ” idman klubunun təmsilçiləri də uğurlu çıxış ediblər.
Klubun yetirmələri birincilikdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Nihad Ağakişiyev (44 kq) və Nurlan Qasımov (70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarımfinalda mübarizəni dayandıran Əli Mirzəyev (50 kq) və İlqar Tarverdiyev (52 kq) bürünc medal qazanıblar.
“Qəbələ” komanda hesabında ikinci yeri tutub.
Xatırladaq ki, 14 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]