“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb
Bakı, 14 dekabr, AZƏRTAC
“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. F.Ozobiç Xorvatiya millisinin heyətində “China Cup-2017” turnirində çıxış edəcək.
A.Çaçiç futbolçunu yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaqlar. Yanvarın 10-da Çin - İslandiya, ertəsi gün Çili - Xorvatiya matçları baş tutacaq. Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaq. Qaliblər isə yanvarın 15-də kubokun qalibini müəyyənləşdirəcəklər.
Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən F.Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]