Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri - Şirazlı

Bakı, 20 oktyabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Şirazlı Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 9 kilometr cənub-qərbdə, Vedi çayından ayrılan su arxının, İrəvan-Naxçıvan avtomobil yolunun və İrəvan-Naxçıvan-Bakı dəmir yolu xəttinin üstündə kənddir. 1920-ci ilədək kənddə ancaq azərbaycanlılar yaşayıb. 1922-1988-ci illərdə kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşayıb. 1988-ci ildə azərbaycanlı əhali qovulduqdan sonra kənd tamamilə erməniləşdirilib.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) kənd Aralıq nahiyəsinin Şirazlı kəndi, “İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) isə Vedi nahiyəsinin Şirazlı kəndi kimi qeydə alınıb. İkinci mənbədə dövlətin müxtəlif vergilər şəklində kənddən ildə 8000 ağça gəlir götürdüyü göstərilib. İvan Şopenin (1832) araşdırmasında Şirazlı Vedibasar mahalının xaraba kəndləri siyahısında verilib. Bu, kəndin 1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qaldığını sübut edir.

Kəndin adının türk tayfalarının cənubdan şimala hərəkəti zamanı İrandan gətirildiyi, Şiraz şəhərindən gələnlər mənasını bildirdiyi şübhəsizdir. M.Vəlili bu prosesin Səfəvilər dövründən başladığını yazır.

1832-ci ildən sonra yenidən məskunlaşan kənddə 1873-cü ildə 19 təsərrüfatda 150 nəfər (100 kişi, 50 qadın) azərbaycanlı qeydə alınıb. Kənd mülkədar kəndi olub.

1886-cı ildə kənddə 35 təsərrüfatda 234 nəfər (158 kişi, 76 qadın), 1905-ci ildə 229 nəfər, 1914-cü ildə 237 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illər erməni-müsəlman davası zamanı kənd erməni daşnaklarının vəhşi hücumlarına nə qədər mətanətlə sinə gərsə də, axırda dağıdılıb, əhalisi ev-eşiyindən didərgin salınıb, bütün Vedibasar camaatı kimi, müvəqqəti olaraq Cənubi Azərbaycana mühacirət edib. 1922-ci ildə kənd camaatı (216 nəfər) geriyə dönüb. Həmin vaxt kəndə 114 nəfər Türkiyədən gəlmə erməni də yerləşdirilib. 1926-cı ildə kənddə yaşayan əhalinin nisbəti 243 nəfər azərbaycanlı, 130 nəfər erməni, 1931-ci ildə 250 nəfər azərbaycanlı, 182 nəfər erməni şəklində olub. 1935-ci ildə qonşu Cadqıran kəndi ləğv edilərək Şirazlı kəndinin tərkibinə qatılıb, az vaxtda kənd sürətlə böyüyüb. 1946-1947-ci illərdə xaricdən gətirilən bir çox erməni ailələrinin Şirazlı kəndində məskunlaşdırılması kənddə əhalinin nisbətinin ermənilərin xeyrinə sürətlə artmasına səbəb olub. Bununla belə, 1972-ci ildə kənddə 583 təsərrüfatda 3489 nəfər əhali yaşayıb ki, onlardan 300 təsərrüfatdan çoxu azərbaycanlıların idi. Lakin 1988-ci il hadisələri Şirazlı camaatının da ev-eşiyindən qovulması ilə nəticələndi. Kənd tamamilə erməniləşdirildi.1991-ci il aprelin 9-da kəndin adı dəyişdirilərək Vosgetap qoyulub.

Vedibasar mahalının məşhur Ağbal ağa ocağı Şirazlı kəndində yerləşirdi. Əvvəllər Miryaqub ağa və Mirhüseyn ağa qardaşlarının oturduğu bu ocaqda sonralar onların varisi İqbal ağa (camaat Ağbal ağa kimi tələffüz edirdi) otururdu. Bütün bölgədə məşhur olan bu ocağa yaxın-uzaq rayonlardan təkcə müsəlmanlar yox, həm də ermənilər pənah gətirirdilər.

1988-ci ilin mayın 11-də Şirazlı kəndi erməni-daşnak terrorçularının vəhşi hücumuna məruz qalanda 80 yaşlı Ağbal ağa (İqbal Miryaqub oğlu) sinəsindən vurulmuş daş parçası ilə ağır yaralanmış və kənd camaatının gecə ikən kənddən çıxıb sığındığı Türkiyə sərhədində - Araz qırağında şəhid olmuş, orada da dəfn edilmişdi. Ağbal ağanın bu faciəsi Vedibasarın bütün müsəlman əhalisini həyəcana gətirmişdi.

1918-1921-ci illərdə bütün vedibasarlılar kimi, Şirazlının da mərd, igid oğulları silaha sarılıb, erməni daşnaklarına qarşı mübarizə aparıblar. Onların arasında misilsiz şücaətləri ilə fərqlənən Paşa Məmmədovun, Abdulla Əliyevin və başqalarının adları bu gün də ehtiramla yad edilir. Xüsusilə Paşa Məmmədovun igidliyi, mərdliyi və dönməzliyi barədə çoxlu söhbətlər günümüzə qədər gəlib çatıb.

1920-ci illərin əvvəllərində, Sovet hakimiyyətinin ilk illərində Vedibasar mahalının İrəvan xanlığı ərazisində yaradılmış qondarma erməni hökumətinin (Ermənistan SSR) tərkibində qalması, respublikanın yeni erməni rəhbərliyinin rayonun kəndlərində xaricdən gələn erməniləri yerləşdirmək siyasəti yürütməsi yerlərdə çoxlarının narazılığına səbəb olurdu. Çox adam baş götürüb Arazın o tayına, Türkiyəyə gedirdi. Şirazlıdan Xamo oğlu İsrafil ağa isə yazda mal-qarasını götürüb yaylağa qalxdı, payızda isə kəndə dönməyib Əzizkənddə dayandı. “Burada qulağım daha dinc olar”, - deyib aşağı düşmədi.

İsrafil ağa Əli katdanın oğlu idi. Xamo oğlu onun ləqəbiydi. Erməni daşnaklarına qarşı illərlə qəhrəmanlıqla vuruşmuşdu. Kolxozlaşma zamanı onu dilə tutub, Şirazlıya enməyə razı salmış, 15 illik ayrılıqdan sonra kəndə qayıdan İsrafil ağanın bütün var-dövlətini, naxır və sürülərini dərhal əlindən alıb, özünü də həbs etmişdilər. Sonra Şirazlıdan həbs olunmuş daha 15 nəfər “xalq düşməni” ilə birlikdə aparılıb Qəmərlidə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.

Vedibasar mahalının bütün müsəlman əhalisi kimi, Şirazlı camaatı da həmişə din-iman sahibi olmuş, din xadimlərinə, dini ocaqlara ehtiramla yanaşmışdılar. Şirazlı kəndində Ağbal ağa ocağından başqa, böyük məscid də fəaliyyət göstərirdi. Möhrə palçıqdan tikilmiş bu qədim məscidə kəndin ağsaqqalları yığışar, ibadət edərdilər.

Şirazlı kəndinin iki müsəlman qəbiristanlığı vardı. Qədim qəbiristanlığın yerində sonralar kolxoz üçün bir sıra tikililər salınmış, qəbiristanlıq ləğv edilmişdi. Lakin burada məşhur Seyid Miryaqub ağanın qəbri üstündə tikilmiş günbəzə toxunmağa heç kəs cəsarət etməmişdi.

Kəndin camaatı da tarix boyu yayda yaylağa qalxardılar. Kəndin yurd yerləri əvvəlcə Əyricə yaylağında yerləşsə də, son vaxtlar kəndin çadırları əsasən Kotuz, Bağçacıq, Almalıq, Dumanlı, Şərdibulağı yurdlarında qurulardı.

Şirazlı kəndində Sovet hakimiyyətinin ilk illərindən etibarən yeddiillik azərbaycanlı məktəbi fəaliyyət göstərib. 1947-1948-ci illərdə kənd yeddiillik məktəbi beynəlmiləl orta məktəbə çevrilib, 1980-ci illərin əvvəllərindən isə bu məktəb iki müstəqil - azərbaycanlı və erməni orta məktəblərinə ayrılıb.

1988-ci ilin dəhşətli Şirazlı faciəsi nəinki bütün Vedi rayonunu, həm də bütün Qərbi Azərbaycanı silkələdi, azərbaycanlıların Qərbi Azərbaycan ərazisindən kütləvi şəkildə qovulub çıxarılmasının başlanğıcını qoydu. Şirazlı faciəsindən sonra Ermənistan azərbaycanlıları üçün bir daha aydın oldu ki, Azərbaycanın ovaxtkı satqın rəhbərliyi onları heç vaxt müdafiə etməyəcək.

Şirazlı hadisələri 1988-ci ilin mayında baş verdi. Xüsusilə həmin ilin aprelində Kiçik Vedi hadisələrindən sonra quduzlaşmış ermənilər qonşu azərbaycanlı kəndlərini tez-tez təhdid edirdilər. Dörd yol ayrıcında, magistral avtomobil yolunun və İrəvan-Bakı dəmir yolu xəttinin üstündə yerləşdiyi üçün Şirazlı daha çox diqqət mərkəzində və həm də bir növ ayaq altında idi.

Mayın 8-də Bakı-İrəvan qatarı saxlanıb, bir saat ərzində ona basqın edildi, vaqon bələdçiləri, azərbaycanlı sərnişinlər döyülüb-söyüldülər. Rayonda vəziyyətin gərginliyi o həddə çatmışdı ki, sabahısı - mayın 9-da SSRİ Ali Soveti sədrinin müavini Demiçev, Ermənistan KP MK-nın ikinci katibi Koçetkov, Nazirlər Soveti sədrinin müavini S.Harutunyan Vediyə gəlib burada geniş müşavirə keçirdilər. Xalisa kənd kolxozunun sədri Məhərrəm Hümbətov və Şirazlı kənd sovetinin sədri Sura Ramazanova çıxış edib, vəziyyəti olduğu kimi açıqladılar. Sura Ramazanova ermənilərin hadisələri milli qırğına apardıqlarını, milli ədavət və düşmənçiliyi yaydıqlarını onların üzünə dedi. Lakin heç bir tədbir görülmədi.

Mayın 10-da da davam edən gərginlik mayın 11-də Şirazlı kəndinə ermənilərin dağıdıcı hücumları ilə nəticələndi. Gün ərzində hazırlıq işləri görən (küçələrə evləri daşlamaq üçün lafetlərlə daş gətirilməsi, erməni evlərinin üstünə xüsusi bayraqlar taxılması, kəndə qıraq yerlərdən maşınlarla saqqallıların daşınıb gətirilməsi, milis işçilərinin yolları bağlaması və s.) ermənilər axşam hava qaralanda dörd dəstəyə ayrılıb, hər dəstə 400-500 nəfər olmaqla azərbaycanlı məhəllələrinə yeridilər. Dəstələrə milis zabitləri başçılıq edirdilər. Rayonun bütün rəhbərləri Şirazlıda idilər. Demək olar ki, bütün azərbaycanlı evləri dağıdıldı və qarət edildi. Adamlar qaranlıqda bağçada, dalda yerdə gizlənib erməni vəhşiliyini müşahidə edirdilər. Ermənilər evlərdən apara bildiklərini aparır, yerdə qalanını sındırır və ya yandırırdılar. Bəzi həyətlərdə erməni vəhşiliyinə dözməyən azərbaycanlılar ermənilərlə əlbəyaxa olmaqdan da çəkinmirdilər. Gecə saat 3-ə qədər davam edən erməni vəhşiliyi həmin vaxt kəndə girən hərbçilərin gəlişindən sonra dayandırıldı. Əhali evləri dağıdıldığı və təhlükəsizliklərinə təminat olmadığı üçün Türkiyə ilə sərhəddəki Şidli kəndinə tərəf hərəkət etdilər, SSRİ-Türkiyə sərhədinə sığındılar.

Şirazlı faciəsi zamanı kəndin 64 azərbaycanlı evi tamam dağıdılmış, 8 ev yandırılmış, 330 ailənin əmlakı məhv edilmiş, 80-dən çox adam döyülmüşdü.

Əslən vedili olan görkəmli yazıçı Fərman Kərimzadə şirazlıların harayına gəldi, Şirazlı və kənar kəndlərdən 20 nəfər ziyalı götürüb, Bakıya, Moskvaya üz tutdu. Lakin nə Bakıdan, nə də Moskvadan onların dərdinə şərik çıxan tapılmadı. Azərbaycan mətbuatı və televiziyası bu faciəni gizlətdi, xalqa çatdırmaqdan qorxdu.

Üç ay Araz çayı sahilində, Türkiyə sərhədində çadırlarda yaşayan Şirazlı camaatı, nəhayət, yiyəsizlik ucbatından Azərbaycana axışıb gəlməyə məcbur oldu. Qədim Şirazlı kəndi beləcə boşaldı, yiyəsiz qaldı, erməniləşdi...

Kəndin tayfaları

Molla Abbaslılar, Məhərrəm uşağı, Seyidlər, Ramazan uşağı, Əli uşağı, Sapannılar, Ağləyər uşağı və s.

Kəndin toponimləri

Cadqıran məhəlləsi, Sapannı məhəlləsi, Aşağı məhəlləsi, Bağçacıq məhəlləsi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat