Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycana ermənilərin köçürülməsi: tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması - ARAŞDIRMA

Qərbi Azərbaycana ermənilərin köçürülməsi: tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması -  ARAŞDIRMA

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanlılar indiki Ermənistan ərazisində e.ə. II yüzillikdən yaşamağa başlayıblar. Kimmer, sak, quqar, şirak, qarqar, şadılı, kəngərli, cinli, oğuz, sabunçu, baharlı, bayandur, əfqan, qacar, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkmən, ayrım, qarapapaq, zəngi, muğanlı, bayat, ilxıçı, kolanı, kürəkənli (körakanlı) və başqa türk qövmləri bölgədə yaşayan köklü tayfalar olublar. Qərbi Azərbaycan ərazisində, həmçinin Azərbaycan türklərinin soykökündə iştirak etmiş varsaq, barsil, şiraq (siraq), qaşqay, saq, arsaq, bulqar kimi türk tayfaları da çox qədim zamanlardan bu ərazilərdə yaşayıblar. Qərbi Azərbaycan ərazisi e.ə. IV yüzillikdən - eramızın 705-ci ilinə qədər qədim Azərbaycan dövləti Albaniyanın, VIII-IX yüzilliklərdə Ərəb xilafətinin, XI-XIII yüzilliklərdə Səlcuqlu dövlətinin, XIII-XIV əsrlərdə Böyük Monqol imperiyasının, 1410-1468-ci illərdə Qaraqoyunlu, 1468-1501-ci illərdə Ağqoyunlu, 1501-1736-cı illərdə Səfəvilər, 1736-1747-ci illərdə isə Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilliyin sonları və XVIII yüzilliyin 20-ci illərində Osmanlı-Səfəvi müharibələri zamanı iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılan İrəvan xanlığı 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Gəmibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçeniş, Saatlı, Talın, Seyidli-Axsaxlı, Sərdarabad, Karpibasar, Abaran, Dərəçiçək və Göyçə. Bütün bunlar Qərbi Azərbaycanın əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd olmasını təsdiq edir.

Bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin “Qərbi Azərbaycana ermənilərin köçürülməsi və tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XIX əsrin əvvəllərində Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan, Türkmənçay və Ədirnə müqavilələrindən sonra böyük dövlətlərin dəstəyi və himayəsi nəticəsində İran və Türkiyə ərazisindən ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi siyasəti həyata keçirilib.

İrandan ermənilərin Qərbi Azərbaycana köçürülməsi: 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə onun satılması və ya onun haqqında öz xoşuna sərəncam/vəkalət üçün 5 illik müddət müəyyən edilmişdi. Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin nəticələri haqqında qraf Paskeviç - Erivanskiyə 1829-cu il dekabrın 24-də yazdığı yekun hesabatlarda göstərir ki, köçürmə işlərinə 1828-ci il fevralın 26-da başlayıb və iyunun 11-də başa çatıb. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmisi 100-ə qədəri aysor ailəsi, qalanları ermənilər olmuşdur) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü. 1829-1832-ci illərdə erməni vilayətində kameral siyahıyaalma keçirmişdi. Statistik məlumatlara görə, İrandan köçürülən ermənilər 366 ailə tərkibində 1715 nəfər İrəvan, 265 ailə tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə tərkibində 182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdi. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirilmişdi. Ümumiyyətlə, İrəvan əyalətində 4599 ailə tərkibində 23 min 568 nəfər, Naxçıvan əyalətində 2137 ailə tərkibində 10 min 652 nəfər, Ordubad dairəsində 250 ailə tərkibində 1340 nəfər erməni yerləşdirilmişdi. Nəticədə “erməni vilayətinə” 6949 ailə, tərkibində 35 min 560 nəfər köçürülmüşdü. Əgər yeni təşkil edilmiş erməni vilayətində müsəlmanların sayı 81 min 749 nəfər (16 min 78 ailə) və ermənilərin sayı 25 min 131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən sonra onların sayı 60 min 691 nəfərə (11 min 377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə qalxmışdı. Əgər nəzərə alsaq ki, ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-u erməni vilayətində yerləşdirilib, onda belə qənaətə gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülüb.

Türkiyədən ermənilərin Qərbi Azərbaycana köçürülməsi: 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində) aparılan siyahıyaalınmanın nəticələrinə görə, vilayətin ərazisinə 21 min 666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdlərinin köçürüldüyü göstərilir. Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və Göycə mahallarının 129 kəndində yerləşdiriliblər. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına köçürülüblər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri (frankları) var idi.

Tarixi sənədlər göstərir ki, bu, düşünülmüş, ardıcıl, məqsədyönlü bir proses olub. Rus tarixçisi İvan Şopenin kitabındakı faktlar da bunu təsdiqləyir. Müəllifə görə, 1828-1832-ci illərdə erməni vilayətində 1111 yaşayış məskəni olub ki, bunlardan da cəmi 62 kənddə yerli ermənilər məskunlaşıb. 1069 kənddə isə Azərbaycan türkləri yaşayırdı.

Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdi. Şörəyel bölgəsinin (Gümrü ətrafı - indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Zori Balayan “Ocaq” kitabında yazır: “Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bitlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış məskənindən, türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar”. Z.Balayan bu bölgənin əhalisinin bütünlüklə Türkiyədən gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, həmin ərazidə vaxtilə türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.

İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam edib. Həmin dövrdə ermənilərlə yanaşı, yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yerləşmişdilər. 1834-cü ilin məlumatına görə İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məksunlaşmışdılar. Ələyəz dağının ətəyində bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezidi kürdləri məskunlaşmışdı. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində məskunlaşmışdılar. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərində gəlib yerləşmişdilər. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən Arağats rayonu təşkil edilmişdi. Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının Alakilsə, Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşdilər.

Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra erməni vilayətinə (İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşayıb. Müharibələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşüb, orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil edib, nəticədə müsəlmanları sayca üstələmişdir.

Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib. Belə ki, tarixi torpaqlarımız iğtişaş və münaqişə mənbəyinə çevrilib. Soyqırımılar və azərbaycanlılara məxsus yaşayış yerlərinin yandırılması, deportasiya, tarix və mədəniyyət abidələrinin dağıdılması, tarixi-maddi nümunələrinin adlarını dəyişdirərək erməniləşdirib bölgədəki azərbaycanlı izlərini silməyə çalışmaq, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət abidələrini ya məhv etmək, ya da “qədim ermənilərə” aid olmaları barədə saxta tarixi sənədlər hazırlamaq, abidənin mənsubiyyətini dəyişdirməklə öz adlarına çıxmaq kimi hallar bu siyasətin tərkib hissəsi idi.

Qərbi Azərbaycanın erməniləşdirilməsi məqsədilə İrəvan, Göyçə, Zəngəzur və digər bölgələrdə yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. Erməni köçkünlərin sayının mexaniki şəkildə artırılması nəticəsində regionda marağı olan böyük dövlətlərin dəstəyi ilə 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan torpaqları olan keçmiş İrəvan xanlığı ərazisində tarixdə ilk dəfə olaraq erməni dövləti yaradılaraq Azərbaycan torpaqları hesabına tədricən onun ərazisini böyüdüblər. Bolşeviklərin xidməti sayəsində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb.

Bütün bunlarla yanaşı, 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979 və 1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb. 1987-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40 min 928 ailə) 300 mindən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb, bir hissəsi qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir