Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycanı yaşadan qocaman sənət ocağı – İrəvan Dövlət Azərbaycan Dram Teatrı

Bakı, 27 dekabr, AZƏRTAC

Tarixi gerçəkliyə görə, o taylı-bu taylı Azərbaycanımızın ərazisi Cənubi Qafqazın ən böyük sahələrindən birini əhatə edir. Əhalinin sayına görə isə ciddi fərqlənir. Təəssüflər olsun ki, tarixin müxtəlif dövrlərində, müxtəlif güc sahiblərinin qərəzli dəstəyi nəticəsində ərazilərimiz parça-parça bölünüb, başqa millətlərin əlinə keçib. Ancaq həmin ərazilərdəki toponimlərimizin adlarını yüz illərdir dəyişdirməyə çalışsalar da, yenə də buna tam nail ola bilməyiblər. Çünki, bir tərəfdən dəyişdirməyə çalışırlar, digər tərəfdən isə tarixi abidələrimiz dəyişdirilən adların yanında öz varlıqları ilə həqiqətləri yaşadırlar. Belə abidələrdən biri də qədim sənət ocağımız olan İrəvan Azərbaycan Teatrıdır ki, dəfələrlə erməni qəsbkarları tərəfindən məhv edilməyə çalışılsa da, xalqımızın nüfuzlu övladlarının hünəri ilə yaşayır. Yaşadıqca, özü ilə bütövlükdə Azərbaycanımızın böyük ərazisini - Qərbi Azərbaycanı da yaşadır. Qərbi azərbaycanlılar isə qədim torpaqlarımızın, İrəvan başda olmaqla bütün Qərbi Azərbaycanın aborigen milləti olaraq, canlı həqiqətləridir.

Bu həqiqətlər fonunda möhtərəm Prezidentimiz İlham Əliyevin tutduğu və getdiyi yol bizə onu göstərir ki, gün oyanış günü, zaman dirçəliş zamanıdır. Biz kəhər atlarımızı öz dədə-baba torpaqlarımızın ucsuz-bucaqsız ormanlarında sərhəd tanımadan çapacağıq.

Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi “Qərbi Azərbaycanı yaşadan qocaman sənət ocağı - İrəvan Dövlət Azərbaycan Teatrı” yazısında yer alıb. Yazını təqdim edirik.

Xalqımızın haqqının öz həqiqətinə qovuşması üçün mücadilə dövrünün başlanğıcı 2020-ci il sentyabr ayının 27-də qoyuldu. 44 gün ərzində Müzəffər Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz İlham Əliyevin qüdrəti ilə qalibiyyətimizin ilk mərhələsini uğurla keçdik. Növbəti mərhələlərin isə təməli qoyuldu. Hər şeyin bir zamana ehtiyacı olduğunu İkinci Qarabağ savaşı sübuta yetirdi. Prezidentimiz özü nə gözəl ifadə etmişdir: “Nəyin nə zaman olacağını mən bilirəm!”. Bu fikir onu isbat edir ki, dünyanın siyasət düzənini Azərbaycan Prezidenti ovuc içi kimi görür. Ona görə də, Prezidentimizin dedikləri xalqımız üçün dəyərli olduğu qədər də, qanundur. Bizim görəvimiz, bütün varlığımızla Prezidentimizin atdığı addımların izi ilə getməkdir. Yalnız belə olan halda mənzilimizə vara biləcəyimizi yaxşı dərk etməliyik və dərk edirik. Xalqımızı doğma Qarabağımıza qovuşdurduqdan sonra, milli strategiyaya daha geniş nəzərlərlə baxan və növbəti istiqamətin Qərbi Azərbaycanımıza doğru yönəldiyini cəsarətlə bəyan edən qəhrəman Sərkərdəmizin çıxdığı yolla irəliləmək, böyük “köç”ün öndərinə bayraq tutmaq boynumuzun borcudur. Bu borcu qocaman sənət ocağımız İrəvan Azərbaycan Teatrı daha dərindən anlayır və öz repertuarında daim bu yola sənət işığı tutmağa çalışır.

Çağdaş fəaliyyətinin prioriteti olan Vətən, dövlət, xalq, millət yanğısı bu qocaman sənət ocağının əsas qayəsidir. İstər ölkəmizdə, istərsə də xarici səfərlərində dönə-dönə prioritet hesab etdiyi mövzular çərçivəsində azərbaycançılıq ideyasını, Qarabağ həqiqətlərini, irəvançılıq məfkurəsini geniş surətdə, sənətin ecazkar dili vasitəsi ilə təbliğ və təlqin edir. İrəvana qayıtmaq eşqi ilə yaşadığını, öz doğma yurduna dönənə qədər mübarizə aparacağını dönə-dönə dilə gətirir! Qərbi Azərbaycanı hazırda özündə daha çox ehtiva edən İrəvan Azərbaycan Teatrı varlığı və yaratdığı sənət nümunələri ilə Qərbi Azərbaycan həqiqətlərini yaşadır və gələcəyə daşıyır.

Əsl tarixi 1600-cü illərə qədər gedib çıxan İrəvan Teatrının Sərdar Sarayında oynadığı, sözlə yanaşı, musiqi, rəqs, ifaçılıq janrları ilə zəngin olan, adı bizə naməlum qalan tamaşası, 1673-cü ildə İrəvana gələn fransız səyyahı Jan Şardeni elə valeh etmişdir ki, o, tamaşanı əminliklə Qərbin operalarına bənzətmişdir. İrəvan diyarını və ətraf bölgələri gəzən, dərindən araşdırmalar aparan Şarden onu da yazmışdır ki, İrəvanda cəmisi bir-iki erməni dükanı var, o da, axşamüstü qapanır. Türklərin isə evinin, mülkünün sayının-hesabının olmadığını, apardığı qeydlərində əks etdirir. Bu da o deməkdir ki, İrəvanda yaşayan azərbaycanlı türklər aborigen xalqdır, ermənilər isə özünə başqa xalqların ərazilərində yaşayış yeri axtaran, yersiz-yurdsuzlardır.

Faktların, yəni qəzet materiallarının verdiyi məlumata görə peşəkar fəaliyyəti 1882-ci ilə aid edilən, həmin dövrlərdə kasıb tələbələrə kömək məqsədilə ikinci dəfə oynadığı, yerli müəllif Məşədi İsmayılın “Tamahkarlıq düşmən qazanar” tamaşası ilə tarixiləşən İrəvan Azərbaycan Teatrı elmi axtarışlara iz buraxır. Əslində, bu izlə onun gerçək tarixini müəyyənləşdirmək və üzə çıxarmaq çox vacib şərtlərdəndir. Unutmaq lazım deyil ki, bu qocaman sənət ocağı Qərbi Azərbaycanda mədəni mühitin formalaşmasında, maarifçiliyin pərvəriş tapmasında, inkişaf və intibah etməsində həmişə xüsusi rol oynamışdır. Bu sənət məbədində görkəmli şəxsiyyətlər çalışmış, yaratmış, Azərbaycanın ən sanballı teatrlarına inteqrasiya etmişlər.

Görkəmli simalar F.Köçərli, M.C.Məmmədquluzadə, İ.Dağıstanlı, Ə.Zeynalov, Ə.Əliyeva, K.Qubuşov. M.Nuriyev, Y.Nuri, A.Tağıyev, B.Qələndərli və s. bir çox sənətkarlar İrəvan Teatrına əmək vermiş, bu teatrın ənənələrini yaşatmış, eyni zamanda, bu teatrın sənət nümunələrindən bəhrələnmişlər.

Teatrın kollektivi erməni vandallarının soyqırımı faciəsini dəfələrlə yaşamışdır. 1905-ci və 1918-ci illər qırğınlarında öz dədə-baba yurdundan didərgin salınmış, Cənubi Azərbaycana pənah aparmış, orada fəaliyyətini səngitməmişdir. 1920-ci ildə öz yurduna dönən teatrın dinamik fəaliyyəti 1928-ci ildə ona dövlət statusunu qazandırmışdır. 1935-ci ildə teatra ölməz dramaturqumuz Cəfər Cabbarlının adı verilmişdir. İkinci Dünya müharibəsi illərində Ermənistan adlandırılan respublikada ən məhsuldar teatr olaraq fərqlənmişdir. Bunu görən erməni millətçi-faşistlər teatrı 1951-ci ildə tamamilə qapatmışdılar. Qapadılmasına rəğmən xalq teatrı statusunda da olsa, bu əzmkar, prinsipial sənət ocağının fədailəri fəaliyyətlərini dayandırmamış, yeni-yeni səhnə əsərlərinə həyat vermişlər. 1967-ci ildə Azərbaycanın böyük ziyalılarının və yerli təəssübkeşlərin səyi ilə teatr yenidən bərpa olunaraq öz dövlət statusuna qovuşmuşdur.

Teatrın dövlət statusu almasının 50 illiyi münasibətilə 1978-ci ildə keçirilən yubiley tədbirləri, o vaxtlar teatra rəhbərlik etmiş görkəmli şair-dramaturq, teatr xadimi Hidayətin rəhbərliyi ilə həm İrəvanda, həm də Bakıda qeyd olunmuşdur. Heç şübhəsiz ki, bütün bu tədbirlərin belə miqyas alması məhz Ulu Öndərimiz Heydər Əliyevin milli konsepsiyası hüdudlarında həyata keçirilirdi. Məhz ona görə də, yubiley münasibətilə kollektivin bir neçə üzvü Azərbaycanın fəxri adları və ali diplomları ilə təltif olundular. Bu teatrın üzərindən öz qayğısını və diqqətini heç zaman çəkməyən Ümummilli Liderimiz Heydər Əliyevin nəzərləri ömrünün son günlərinə qədər İrəvan Teatrının üzərində oldu.

Teatr 1989-cu ildə erməni şovinist qüvvələrinin qaniçən siyasəti sayəsində İrəvandan zorla Azərbaycana göndərildi. Azərbaycanda o zamanlar rəhbərlikdə olan fəhmsizlərin diqqətsizliyi ucbatından bir müddət pərən-pərən düşdülər. Lakin həmin illərdə Akademik Milli Dram Teatrında sərəncamçı direktor vəzifəsində çalışan Ədalət Vəliyevin təəssübkeş dəstəyi sayəsində Akademik Milli Dram Teatrının nəzdində “Teatr-studiya” qismində yenidən bir araya toplandılar və fəaliyyətlərinə davam etdilər. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan bir il sonra, 1994-cü ilin dekabr ayında verilən Sərəncamla yenidən dövlət statusu özünə qaytarılmaqla, öz peşəkar fəaliyyətini davam etdirdi. Tədbirlərin birində sənət ocağımızın fəaliyyətindən söhbət açan Heydər Əliyev, teatrın keçdiyi tarixi yol barədə öz xoş sözlərini ifadə edərkən, “117 yaşlı teatrı qorumaq lazımdır!”, - deyə öz strateji tövsiyəsini əsirgəmədi. Bu tövsiyəyə uyğun olaraq, bu gün də, dövlətimizin qayğıları ilə əhatələnən İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan sənət məkanında əzmlə fəaliyyətini davam etdirir. Şahidəm ki, heç bir zaman Ulu Öndərimizin teatrımız haqqındakı mövqeyini unutmayan bu qocaman sənət ocağı etimadların doğruldulması üçün durmadan, layiqincə çalışır. Bu çalışmaları diqqətdən kənarda qoymayan, böyük Heydər Əliyev ideyalarını və milli məfkurəsini daim yaşadan Prezident İlham Əliyev də, bütün ağır problemlərin həlli istiqamətində durmadan çalışdığı bir zamanda İrəvan Teatrının fəaliyyətini diqqətdə saxlayır və yüksək dəyərləndirir. 2007-ci ildə teatrımızın 125 illiyi dövlət səviyyəsində həm Azərbaycanda, həm də qardaş Türkiyə Cümhuriyyətində təntənəli şəkildə qeyd olunub. Həmin ərəfədə kollektivimizin bir neçə üzvü fəxri adlarla təltif edilib və elə bu yubiley münasibətilə Binəqədi rayonu ərazisində yerləşən böyük bir sarayla təmin olunmuşuq. Ölkə başçısının imzaladığı müvafiq Sərəncamla həmin binada əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, teatrımızın 140-illiyinin dövlət səviyyəsində qeyd olunmasına dair bu ilin iyul ayının 14-də imzalanmış ali Sərəncam və s. sadalandıqca bitməyən digər hadisələr məhz yüksək qayğının göstəriciləridir.

Bu günlərdə “Qərbi Azərbaycan İcması”na göstərilən Prezident münasibəti ümumən azərbaycançılıq ideyasının ən bariz nümunəsidir. Həmin quruma strateji yanaşma, təmin edildiyi binanın rəmzi simvolu da məhz İlham Əliyevin milli təəssübkeşlik ideyasının ən parlaq göstəricisidir. Biz - İrəvan Teatrının kollektivi bu siyasi gedişin, strateji yolun, Vətən, torpaq, yurd, el-oba təəssübünün bundan böyük bir nümunəsini təsəvvür etmirik və bütün varlığımızla, ruhumuzla İlham Əliyev ideyaları uğrunda canımız, qanımız və sənət imkanlarımız hesabına dönmədən çalışacağıq! Çünki, bizim ən doğru, ən nurlu yolumuz bu yoldur!

Uğurlu yolda, mənzilimizə yetənə qədər bir yumruq ətrafında öz həmrəyliyimiz və birliyimizlə əzmlə çalışacaq, yolun davamını səngimədən gələcəyə daşımaq üçün üzərimizə düşən yükü aparmaqdan çəkinməyəcəyik!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub