Qərbi Balkan ölkələri Aİ-nin böyümə planını müzakirə ediblər
Podqoritsa, 23 yanvar, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə Qərbi Balkan regionu ölkələrinin liderləri Avropa Komissiyasının təsdiqlədiyi İnkişaf Planını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Şimali Makedoniyanın ev sahibliyi etdiyi toplantıda bu ölkənin Baş naziri Dimitar Kovaçevski, Serbiya Prezidenti Aleksandar Vuçiç, Monteneqronun Baş naziri Miloyko Spayiç, Albaniyanın Baş naziri Edi Rama, Kosovonun Baş naziri Albin Kurti, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Qert Yan Kopman və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iştirak ediblər.
Liderlər görüşün əhəmiyyətini vurğulayıb, Aİ-nin Qərbi Balkan regionu üzrə İnkişaf Planının regional əməkdaşlığın artırılması və Avropa bazarına inteqrasiya baxımından vacibliyini qeyd ediblər. Planda şirkətlərə və bizneslərə dəstəyin nəzərdə tutulduğu, bu çərçivəsində Avropa bazarına asan çıxışın təmin olunacağı bildirilib.
Həmçinin region ölkələrinin həyata keçirəcəyi islahatların siyahısı təqdim edilib, bu siyahının mərkəzində dövlət idarəçiliyində reallaşdırılacaq islahatlar əsas yer tutub.
İnkişaf Planında Aİ-nin Qərbi Balkan regionuna 6 milyard avroluq yardımı nəzərdə tutulur. Bunun təkcə region ölkələri üçün deyil, həm də bölgəyə sərmayə qoymaq istəyən investorlar üçün də əhəmiyyət kəsb etdiyi vurğulanıb. Nəticədə region ölkələrinin iqtisadiyyatlarını iki dəfə artırmaq potensialının yaranacağı bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [10:28]
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
- 05.06.2026 [08:58]
ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib
- 05.06.2026 [07:02]
ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək
- 05.06.2026 [06:36]
ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:45]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:38]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [18:36]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [18:28]