Qətər səkkiz Hindistan vətəndaşının edam cəzasını yüngülləşdirib
Bakı, 28 dekabr, AZƏRTAC
Qətər məhkəməsi edam cəzasına məhkum edilən səkkiz vətəndaşı barədə Hindistanın verdiyi apellyasiya şikayətinə baxıb və cəzanın yüngülləşdirilməsi haqqında qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ətraflı qərar gözlənilir. Biz gələcək addımlarımızla bağlı hüquqşünaslar qrupu və məhkumların ailə üzvləri ilə sıx əlaqə saxlayırıq”, - nazirliyin bəyanatında belə deyilir.
Prosesin məxfi və həssas xarakter daşıdığını əsas gətirərək əlavə şərh verməkdən yayınan XİN bundan sonra da öz vətəndaşlarına lazımi konsulluq və hüquqi yardım göstəriləcəyini vurğulayıb.
Qeyd edək ki, Hindistan vətəndaşları 2022-ci ilin avqustunda Qətərdə İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb. Onların hamısı Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşlarıdır. İttiham olunan hindistanlılar Qətər hərbçilərinə təlim keçən və digər əlaqəli xidmətlər göstərən “Dahra Global Technologies and Consultancy Services” kompaniyasında çalışıb. Onlar Qətərin sualtı proqramı barədə məlumatları İsrailə ötürməkdə ittiham olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]