QEYRİ-ADİ FİTRİ İSTEDAD
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, bolqarıstanlı gənc əlaçı Amerikanın eyni vaxtda 16 ən nüfuzlu universitetində qəbul imtahanlarını müvəffəqiyyətlə vermişdir. Doğma şəhərində təbiiyat və riyaziyyat elmləri təmayüllü gimnaziyanı fərqlənmə diplomu ilə bitirən Svilen Kojuxarov ABŞ universitetlərindəki qəbul imtahanlarında riyaziyyat və fizika fənləri üzrə mümkün olan ən yüksək balı toplamışdır. İyul ayında gənc istedada ABŞ-ın nüfuzlu ali texniki məktəblərindən məktublar gəlməyə başlamışdır. Svilen Nyu-Yorkdan, Çikaqodan, Floridadan və İllinoysdan üzərində “Təbrik edirik, siz bizim tələbəmizsiniz” sözləri yazılmış namələr almışdır. Gənc bolqar tərəddüd etmədən Deyton-Biçdəki (Florida ştatı) Aeronavtika Universitetini seçmişdir. Beləliklə, Svilen Kojuxarov kosmik elmlər və sənaye sahəsində son dərəcə məxfi tədqiqatlar mərkəzinin ilk xarici tələbəsi olacaqdır.
Hər şey buraxılış gecəsində adicə mübahisədən başlanmışdır. Svilen Amerikanın eyni zamanda 12 universitetinə qəbul oluna biləcəyi barədə dostları ilə mərc qoşmuş, sənədlərini isə “bərayi-ehtiyat” ABŞ-ın 16 universitetinə göndərmiş və göründüyü kimi, zənnində yanılmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]