QƏZADA ZƏRƏR ÇƏKƏN SAKİNLƏRƏ İKİQAT KOMPENSASİYA ÖDƏNİLƏCƏKDİR
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli AZƏRTAC-ın müxbirinə demişdir ki, qəza nəticəsində sakinlərə dəymiş zərəri ödəmək üçün vəsait artıq ayrılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev kompensasiyaların ödənilməsinə şəxsən nəzarət edir. Əşyaları dağıntılar altında qalanlarla və yalnız mənzillərini itirmiş sakinlər üçün ayrılan kompensasiyanın həcmi fərqlidir. Kompensasiyalar Lənkaranda mənzil bazarındakı qiymətlərdən iki dəfə artıq hesablanmışdır. Ayrılan vəsait imkan verəcəkdir ki, zərərcəkən sakinlər itirdikləri mənzillərin otaqlarının sayına uyğun ev alsınlar. Bundan əlavə zərər çəkən sakinlərə ev əşyalarını daşımaq üçün nəqliyyat xərci və bir aylıq kirayə haqqı ödəniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]