Qəzalı vəziyyətdə olan musiqi və incəsənət məktəblərində tədris müvəqqəti dayandırılıb
Bakı, 18 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə Mədəniyyət Nazirliyi sistemində ümumilikdə 237 musiqi və incəsənət məktəbi var. Monitorinqlər zamanı qəzalı vəziyyətdə olan məktəblər aşkar edilib. Həmin təhsil ocaqlarında dərs prosesinin davam etdirilməsi qeyri-mümkün idi.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin martın 18-də “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.
Nazirin sözlərinə görə, bəzi bölgələrdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları cəlb olunaraq təhsil prosesi müvəqqəti dayandırılıb və dərslərin alternativ məkanlarda təşkili ilə bağlı qərarlar qəbul edilib.
Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]