Qəzzada xeyriyyə təşkilatının britaniyalı işçisi də həlak olub
London, 2 aprel, AZƏRTAC
Qəzza zolağında insanlara qida yardımı edən "World Central Kitchen" xeyriyyə təşkilatının azı yeddi könüllüsü Qəzzaya endirilən hava zərbəsi nəticəsində həlak olub.
AZƏRTAC xeyriyyə təşkilatının yaydığı məlumata istinadla xəbər verir ki, ölənlər arasında Britaniya, Polşa, Avstraliya vətəndaşları, həmçinin ABŞ-Kanadanın ikili vətəndaşlığı olan şəxs və bir fələstinli var.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron rəsmi Londonun Qəzzada nə baş verdiyini öyrənmək üçün çalışdığını söyləyib.
İsrail ordusunun sözçüsü Daniel Haqari xeyriyyə təşkilatı işçilərinin öldürülməsinə görə başsağlığı verib və hadisənin araşdırıldığını bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]