Qəzzanın minalardan təmizlənməsi 30 ilədək çəkə bilər
Bakı, 24 oktyabr, AZƏRTAC
Qəzza sektorunun minalardan təmizlənməsi 20-30 il çəkə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Humanity & Inclusion” beynəlxalq təşkilatına istinadla məlumat yayıb. Təşkilatın nümayəndəsi Nik Orr bildirib ki, İsrail və HƏMAS arasında iki ildir davam edən müharibə zamanı partlamamış hərbi sursatlar mülki əhali üçün əsas təhlükə mənbələrindən birinə çevrilib. BMT-nin məlumat bazasına görə, müharibənin partlayıcı qalıqları nəticəsində artıq 53 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
"Əgər biz minaların tam təmizlənməsindən danışırıqsa, bu, heç vaxt başa çatmayacaq - sursat yerin altındadır və o, gələcək nəsillər tərəfindən tapılacaq. Yer səthinin təmizlənməsi isə təxminən 20-30 il ərzində mümkündür”, - deyə Nik Orr vurğulayıb.
Təşkilatın yeddi üzvü yaxın vaxtlarda xəstəxanalar və çörək zavodları daxil olmaqla, kritik infrastruktur obyektlərinin tədqiqinə başlayacaq. Lakin humanitar təşkilatlar işlərin görülməsi və lazımi avadanlıqların gətirilməsi üçün İsrail hakimiyyət orqanlarından hələ də icazə almayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]