Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT sədri: Ötən 20 ildə Azərbaycanda sosial sahədə inkişafın və tərəqqinin şahidi oluruq

QHT sədri: Ötən 20 ildə Azərbaycanda sosial sahədə inkişafın və tərəqqinin şahidi oluruq

Bakı, 15 oktyabr, AZƏRTAC

Dünya səviyyəsində tanınan və qəbul edilən siyasi xadim, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində xalqımızın işıqlı gələcəyini inandığı və güvəndiyi bir şəxsə etibar etmişdi. Həmin dövrü xatırlasaq görərik ki, dağılmağa və parçalanmağa sürüklənmiş Azərbaycan dövlətini Ümummilli Lider yenidən qurmuşdur.

Ulu Öndər Heydər Əliyev xalqa müraciətində də qarşıda hələ çox işlərin görülməsi vacibliyini qeyd etmişdi. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”, - deyən Heydər Əliyevin nəzərdə tutduğu taleyüklü məsələləri həqiqətən də Prezident İlham Əliyev həll etdi.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun səsini qazanmış İlham Əliyev əməli işləri və xidmətləri ilə xalqın inamını və sevgisini günbəgün təsdiqlədi. O, Azərbaycanın işğal olunan ərazilərini azad etdi, dövlətimizin suverenliyi və ərazi bütövlüyünü təmin etdi. Prezident İlham Əliyev təkcə bu xidməti ilə nəinki müasir dövrün, ümumilikdə Azərbaycan tarixinin böyük şəxsiyyətinə çevrildi və öz adını ölkəmizin tarixinə Müzəffər Sərkərdə olaraq yazdı.

Bu sözləri AZƏRTAC-açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin ötən 20 illik prezidentlik dövrü Azərbaycanda bütün sahələrin inkişafı ilə yadda qalıb. Ölkənin müharibə şəraitində olması, ordunun gücləndirilməsi və müasir hərbi texnika ilə təminatın vacibliyi fonunda Prezident İlham Əliyev tərəfindən paralel olaraq bütün vacib sahələr diqqətdə saxlanılıb.

Diqqətdə saxlanılan bu sahələrdən biri və ən əsası da məhz sosial sahə olub. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursda sosial dövlət fəlsəfəsi və sosial rifah paralel olaraq əsas götürülüb.

Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, Azərbaycan sosial dövlətdir.

Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu məqam bir çox sosial proqram, habelə layihələrdə real əksini tapıb.

QHT sədri qeyd edib ki, iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin xüsusi diqqəti hər zaman məhz şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdə olub. Bu diqqətin əyani təzahürüdür ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər dövlət hesabına mənzillərlə təmin edilir, onlara minik avtomobilləri verilir və bu sosial dəstək mexanizmi dünyada nadir təcrübə sayılır. Bu gün şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminat proqramı uğurla davam edir. Həmin kateqoriyalardan olan vətəndaşlara bu il daha 750, postmüharibə dövründə 5250, ümumilikdə ötən dövrdə 14 min 50 mənzil və fərdi ev təqdim olunub.

“Prezident tərəfindən verilən tapşırıqlar əsasında həssas qrupun cəmiyyətin əsas və aparıcı qüvvəsi olması üçün müxtəlif dəstək mexanizmlərdən yararlanması əsas prioritetdir. Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1115 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Özünüməşğulluq proqramı bu gün dövlətin sosial dəstək mexanizmlərindən vacib elementi olaraq çıxış edir. Bu proqram beynəlxalq təşkilatların da tövsiyə etdiyi əsas alətlərdən biri sayılır. Bunun nəticəsi olaraq, özünüməşğulluq proqramına cəlb olunanların illik sayı isə ötən dövrdə 14 dəfə artıb. Hazırda 73 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar”, - deyə C.Heseynzadə əlavə edib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən elan olunan sosial islahatlar siyasət nəticəsində mühüm dəyişikliklərə imza atıldı. Son 5 ildə 4 sosial islahat paketi elan edildi və bunun nəticəsində vətəndaşların rifahı naminə mühüm qərarlar qəbul edildi. Xüsusən, bu qərarlar həssas sosial təbəqənin mənafeyi baxımından yüksək qiymətləndirilir. Dövlət başçısının tapşırığı əsasında həyata keçirilən bu sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Bu dövrdə minimum aylıq əməkhaqqı 2,7 dəfə, minimum aylıq pensiya 2,5 dəfə artıb. Sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. İslahatlar nəticəsində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən sosial ödənişlər əhəmiyyətli dərəcədə artıb. Bu artımlar həmin kateqoriyadan olan şəxslərin sosial təminatında mühüm rol oynayıb.

C.Hüseynzadə diqqətə çatdırıb ki, dövlətimizin başçısının apardığı uğurlu sosial siyasət həm də insanları aldığı xidmətlərin rahatlığında da xüsusi əhəmiyyətə malikdir. Ölkədə mövcud olan 159 sosial xidmətdən 140-dan çoxu (90 faizdən çoxu) artıq rəqəmsal platformada təqdim edilir. Sosial ödənişlərin əksəriyyəti elektron sistem üzərindən proaktiv təyinatla icra olunmaqdadır.

“Ötən 20 ilə diqqət etdikdə bütün sahələrdə olduğu kimi sosial sahədə dəyişikliklərin, inkişafın və tərəqqinin şahidi oluruq. Bütün bu dəyişikliklər Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına, Azərbaycan dövlətinin inkişafına xidmət edir. Sevindirici məqamlardan əsası da odur ki, bu dəyişiklik və inkişaf davamlı və artan xətt üzrə inkişaf edir”, - deyə QHT sədri vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib