QHT sədri: Tullantıların idarə edilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac var
Bakı, 12 sentyabr, AZƏRTAC
Tullantıların idarə edilməsi məsələsində qanunvericilikdə yeni müddəalara ehtiyac duyulur.
AZƏRTAC xəbər verir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.
O qeyd edib ki, bu məsələdə ilk olaraq tullantıların azaldılması və yenidən emalının təşkili üçün daha səmərəli mexanizmlər yaradılmalıdır. Onlara vergi güzəşti və digər güzəştlər tətbiq edilə bilər.
“İkincisi, plastik tullantılara aid məhdudiyyətlərin qoyulması qanunla tənzimlənməlidir. Bir sıra məhdudiyyətlər qoyulsa da, onların təcrübədə tətbiqində çatışmazlıqlar var. Elektron tullantıların idarə edilməsi isə ən vacib istiqamətdir. Buna da diqqəti artırmaq lazımdır”, - deyə Əliməmməd Nuriyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]