Qırğızıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Qarabağda baş vermiş hadisələrlə əlaqədar olaraq Qırğız Respublikası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qətiyyətlə tərəfdarı olaraq, Qırğız Respublikası bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla tənzimlənməsinə çağırır”, - deyə bəyanatda qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]