Qırğızıstan prezidenti ad günündə məmurların ona hədiyyə verməsini qadağan edib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da 55 yaşı tamam olan Qırğızıstan Prezidenti Sadır Japarov ad günü münasibətilə məmurların ona hədiyyə verməsini qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov mətbuat konfransında bildirib.
Edil Baysalov Prezidentin “tarixi miqyasda” transformasiyalar həyata keçirərək ölkədəki vəziyyəti tamamilə dəyişdirə bildiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısı bundan sonra da islahatları davam etdirmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]