QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KURMANBEK BAKİYEVƏ
Hörmətli Kurmanbek Saliyeviç,
Milli bayram - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq xalqlarımızın və dövlətlərimizin mənafeyi naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Hörmətli Kurmanbek Saliyeviç, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Qırğızıstan xalqına sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 avqust 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]