Qırğızıstanda dövlət qulluqçusu qırğız dilini bilməli və tətbiq etməlidir
Bakı, 31 may, AZƏRTAC
Qırğızıstan parlamenti qırğız dilini bilməyən vətəndaşların dövlət qulluğunda çalışmasını məhdudlaşdıran qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlət dili haqda qanun layihəsi qırğız dilinin tətbiqinin hüquqi əsasını, dil siyasətini, qırğız dilinin inkişafı üçün şərait yaradılması üzrə dövlət və yerli idarəetmə orqanlarının vəzifələrini müəyyən edir.
Qanun layihəsinə əsasən, dövlət qulluqçuları və bələdiyyə işçiləri, deputatlar, hərbçilər, hakimlər, təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları, səhiyyə işçiləri, pedaqoqlar və alimlər dövlət dilini orta səviyyədə bilməli və vəzifələrini icra edərkən tətbiq etməlidir. Bundan başqa, televiziya və radioda verilişlərin yarıdan çoxu qırğız dilində hazırlanmalıdır.
Qeyd edək ki, Qırğızıstan Konstitusiyasına əsasən, ölkədə qırğız dili dövlət, rus dili isə rəsmi dil statusuna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]
Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib
- 02.10.2026 [12:45]