Qırğızıstanda keçiriləcək II Dünya Köçəri Oyunlarının nizamnaməsi və reqlamenti təsdiq edilib
Bişkek, 7 mart, AZƏRTAC
Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunlarının nizamnaməsi və reqlamenti İstanbulda təsdiq edilib.
Bu haqda Qırğızıstanın Bədən Tərbiyəsi, İdman və Gənclər üzrə Dövlət Komitəsinin direktoru Şeyşenkul Bakirov Bişkekdə keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın gənclər və idman qurumlarının rəhbərləri iştirak ediblər. Reqlamentə görə, ikinci Dünya Köçəri Oyunları sentyabrın 3-dən 8-dək İssık-Kul şəhərində keçiriləcək. Bu böyük idman bayramında dünyanın 40 ölkəsindən dəvət olunan idmançılar iştirak edəcək və oyunlarda 25 idman növü üzrə yarışlar keçiriləcək.
Qeyd edilib ki, oyunlarda Qırğızıstan və digər iştirakçı ölkələr öz mədəniyyəti, adət-ənənələri və milli idman növlərini dünyaya göstərmək imkanına malikdirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]