İDMAN
Qırmızı vərəqədən qəzəblənən futbolçu hakimi öldürüb VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Meksikada həvəskar futbol komandaları arasında keçirilən oyun ölümlə nəticələnib.
AZƏRTAC xəbər verir ki, Tulansinqo şəhərində keçirilən qarşılaşma zamanı komandalardan birinin futbolçusu Ruben Rivera Vaskes hakimi öldürüb.
Əlli doqquz yaşlı referi Viktor Trexo qarşılaşmanın gedişində futbolçuya qırmızı vərəqə göstərib. Bu qərardan qəzəblənən Vaskes hakimin üzərinə şığıyıb və ona “kəllə” atıb.
Futbolçunun zərbəsi o qədər güclü olub ki, Trexo yerindəcə dünyasını dəyişib. Özünü meydançaya yetirən həkimlər də onu xilas edə bilməyiblər. İdmançı isə hadisə yerindən qaçıb. Hazırda futbolçu polis əməkdaşları tərəfindən axtarılır.
Qeyd edək ki, 2014-cü ilin iyununda oxşar hadisə ABŞ-ın Livoniya şəhərində yaşanmışdı. Həmin vaxt Miçiqan futbol liqasının oyunu zamanı Bassel Saad onu meydandan qovmağa çalışan hakim Con Beneviçi vurmuşdu. Referi yerli xəstəxanada dünyasını dəyişmiş, futbolçu isə həbs olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]