Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: Professor Bettany Hughes və Azərbaycanın irsinin qlobal tanınması

Qivami Rəhimli: Professor Bettany Hughes və Azərbaycanın irsinin qlobal tanınması

Bakı, 7 noyabr, AZƏRTAC

bp şirkətinin hökumətlə əlaqələr üzrə baş müşaviri, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimli Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda tanıdılması barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.

Dünyaca məşhur televiziya aparıcısı, Böyük Britaniyalı tanınmış alim, bir çox mükafat alan filmləri ilə tarixə düşən Bettany Hughes bütün yaradıcılığını və apardığı tədqiqatları sivilizasiyaları formalaşdıran hekayələri üzə çıxarmağa həsr edib.

Klassik təhsilə malik, təbiətən hekayəçi olan Bettany Hughes bu gün mədəni irsin qorunub təbliğ olunması sahəsində dünyanın ən nüfuzlu səslərindən birinə çevrilib.

Onun Avropa, Yaxın Şərq və Mərkəzi Asiyaya etdiyi səfərləri dünya sivilizasiyasına geniş, çoxşaxəli baxışını nümayiş etdirir və bu yanaşma müxtəlif düşüncə, inanc və yaradıcılıq ənənələrinin vəhdətini əhatə edir. Bu geniş səpkidə Şərq və Qərb irslərinin minilliklər boyu qovuşduğu bir ölkə olaraq Azərbaycan xüsusi bir yer tutaraq ön plana çıxır.

Bettany Hughes ilk dəfə Azərbaycana 2018-ci ildə səfər edib. Onun səfəri bp şirkəti tərəfindən dəstəklənən yeni təşəbbüs çərçivəsində reallaşaraq, Azərbaycanın qədim dövrlərdən tutmuş müasir dövrə qədər uzanan mədəni-tarixi irsi haqqında BBC Radio 3 üçün silsilə verilişlər hazırlamaq olub. Bu səfər zamanı o, arxeoloji, mədəni, tarixi abidələri ziyarət edərək gələcək televiziya layihəsi üçün ilkin tədqiqat da aparmışdı. Bu layihə Azərbaycanın zəngin mədəni irsini – o cümlədən bu gün işğaldan azad olunmuş Qarabağ bölgəsində bərpa edilən abidələri, Azərbaycanın milli kimliyini təqdim edən irsi – beynəlxalq auditoriyalara tanıtmağı hədəfləmişdi.

Dünyaca məşhur televiziya aparıcı Bettany Hughes-u BBC üçün tarixi həqiqətə söykənən bir proqram hazırlamaq və ölkəmizin mədəni irsini qlobal auditoriyaya tanıtmaq səfərində ona dəstək olmaq mənim üçün böyük bir şərəf idi.

Bettany Hughes-un “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG) layihəsinin tikintisi zamanı aşkar edilmiş “Kərpiclitəpə” arxeoloji abidəsinə səfərini təşkil etmək bp-nin bir çox mədəni irs layihələrinin meneceri kimi mənə xüsusi zövq verdi. Bu abidə X–XIII əsrlərə aid “qəsr” tipli bir tarixi məkan olub və regionun nadir mədəni irs nümunələrindən sayılır. CQBKG layihəsi enerji baxımından strateji əhəmiyyət daşımaqla yanaşı, bp-nin Azərbaycanın mədəni irsinin qorunması və tədqiqinə verdiyi töhfəni göstərir. Boru kəməri marşrutu boyunca orta əsrlərə aid bu cür iri miqyaslı arxeoloji xilasetmə işləri, qədim İpək Yolu üzərindəki erkən məskunlaşma və ticarət barədə yeni elmi nəticələr əldə etməyə imkan yaratdı.

Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş BBC radio verilişlərinin, eləcə də “BBC World New”s telekanalında nümayiş olunmuş “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettany Hughes-la əməkdaşlığımız, bp-nin Azərbaycanda həyata keçirdiyi geniş mədəni irs təşəbbüslərinin bir hissəsi olaraq, ölkənin qədim tarixi və mədəniyyətinin qlobal auditoriyaya təqdim məqsədi daşıyırdı.

Əməkdaşlığımız zamanı Azərbaycanın tarixi və mədəni irsinə dair onunla bölüşdüyüm bir neçə məqaləmi – “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır”, “bp Azərbaycanın mədəni irsini təşviq edir”, “Mədəni irsin gücü”, “Bizim gəldiyimiz diyar”, - Bettany Hughes “oxucunu valeh edən yazı” kimi xarakterizə etmişdi. BBC proqramında Bettany, məni “Azərbaycanın mədəni irsinin qorunması və tanıdılmasına səmimi bağlılığı ilə seçilən tarixçi və arxeoloq” kimi təqdim etmişdi ki, bu da onun mədəni irsin dəyərləndirməsini və səmimiyyətini əks etdirirdi.

Bettany Hughes-un Azərbaycana səfəri zamanı ən yaddaqalan anlardan biri də Bakının tarixi mərkəzi - İçərişəhərdə baş tutmuş görüş oldu. Bettany Hughes ilə dünyaşöhrəli fotoqraf Reza Deqati arasında görüş təşkil etmək mənim üçün xoş bir məram idi. Bu görüş Rezanın bacısı Pəriçöhrə xanımın evində baş tutdu. Onun evi Bakının canlı tarixinin bir parçasıdır və XV əsrə aid, UNESCO tərəfindən qorunan Şirvanşahlar sarayı kompleksinə bitişikdir. Orta əsr Azərbaycan memarlığının incisi olan bu sarayda o, dövrün görkəmli filosofu və sufi mütəfəkkiri Seyid Yəhya Bakuvinin məqbərəsi də yerləşir.

Evin damı Bakının qədim və müasir görkəminə valehedici bir mənzərə açır. Məhz belə bir mühitdə – əsrlərin elm və incəsənət ruhu ilə əhatələnmiş bu məkanda – Bettany Hughes və Reza Azərbaycanın mədəni irsi, tarixi, fəlsəfəsi və Şərqlə Qərb arasında yaratdığı əbədi körpü barədə dərin düşüncəli bir söhbət apardılar.

Bettany Hughes özünəməxsus formada sivilizasiyaların davamlılığından danışır, Aralıq dənizindən Xəzərə qədər uzanan mədəni və intellektual ənənələrin izlərini vurğulayırdı. Bütün bunlar onun dərin köklərə malik Azərbaycanın mədəni irsinə, həmçinin zəngin və ifadəli təsvir bacarığına və tarixi tədqiqatın qitələri birləşdirən gücünə verdiyi yüksək dəyəri əks etdirirdi.

 

Bettany Hughes-un Azərbaycana səfəri zamanı ən yaddaqalan anlardan biri də Bakının tarixi mərkəzi - İçərişəhərdə baş tutmuş görüş oldu. Bettany Hughes ilə dünyaşöhrəli fotoqraf Reza Deqati arasında görüş təşkil etmək mənim üçün xoş bir məram idi. Bu görüş Rezanın bacısı Pəriçöhrə xanımın evində baş tutdu. Onun evi Bakının canlı tarixinin bir parçasıdır və XV əsrə aid, UNESCO tərəfindən qorunan Şirvanşahlar sarayı kompleksinə bitişikdir. Orta əsr Azərbaycan memarlığının incisi olan bu sarayda o, dövrün görkəmli filosofu və sufi mütəfəkkiri Seyid Yəhya Bakuvinin məqbərəsi də yerləşir.

Evin damı Bakının qədim və müasir görkəminə valehedici bir mənzərə açır. Məhz belə bir mühitdə – əsrlərin elm və incəsənət ruhu ilə əhatələnmiş bu məkanda – Bettany Hughes və Reza Azərbaycanın mədəni irsi, tarixi, fəlsəfəsi və Şərqlə Qərb arasında yaratdığı əbədi körpü barədə dərin düşüncəli bir söhbət apardılar.

Bettany Hughes özünəməxsus formada sivilizasiyaların davamlılığından danışır, Aralıq dənizindən Xəzərə qədər uzanan mədəni və intellektual ənənələrin izlərini vurğulayırdı. Bütün bunlar onun dərin köklərə malik Azərbaycanın mədəni irsinə, həmçinin zəngin və ifadəli təsvir bacarığına və tarixi tədqiqatın qitələri birləşdirən gücünə verdiyi yüksək dəyəri əks etdirirdi.

Həmin gün çəkilmiş fotolar, – fikir və ruh birliyinin, eləcə də Azərbaycanın dünya mədəni irsindəki yerinin unudulmaz bir xatirəsinə çevrilib.

Azərbaycana səfərindən sonra Bettany Hughes mənimlə o görüşün ab-havasını əks etdirən səmimi bir mesaj paylaşdı:

“Səni Bakıda görmək çox xoş idi! Köməyin üçün dərin təşəkkürlər – xahiş edirəm, mənim ehtiramımı və təşəkkürümü Rezaya da çatdır… və səni çox tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm!”

Onun bu səmimi sözləri təkcə minnətdarlıq ifadəsi deyildi – onlar həm də Bettany Hughes-un Azərbaycana səfərinin mahiyyətini, ölkənin möhtəşəm mədəni irsini qeyd etməyə həsr olunmuş dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu özündə əks etdirirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir