Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılmışdır
Bakı, 16 yanvar (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi və Bakı Fond Birjası əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qanlı yanvar hadisələri zamanı şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbir iştirakçıları iyirmi dörd il əvvəl xalqımızın azadlığı naminə canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla anıldığını bildirərək, 20 Yanvarın müstəqil və müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə həkk olunduğunu qeyd etmişlər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini, faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl iş aparıldığını bildirmişlər.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən “Müqəddəs məkan” sənədli filmi nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]