“QIZIL LİQA” TURNİRİNİN FİNAL MƏRHƏLƏSİBAKIDA KEÇİRİLƏCƏK
FİLA-nın yaxın vaxtlarda keçiriləcək növbəti iclaslarının birində bu turnirin vahid şəklə salınması haqqında Əsasnamə təsdiq olunacaqdır.
Liqaya daxil edilən turnirlər vahid Əsasnaməyə, yüksək mükafat fonduna və televiziya ilə peşəkarcasına işıqlandırılma sisteminə malik olacaqlar.
“Qızıl Liqa” çərçivəsində ilk yarış 2006-cı il yanvarın 27-29-da Rusiyanın Krasnoyarsk şəhərində İvan Yarıqinin xatirəsinə həsr olunmuş turnirlə başlanacaqdır.
Sərbəst güləş üzrə ikinci turnir martın 10-12-də Daşkənddə keçiriləcəkdir. Yunan-Roma güləşi üzrə yarışlar Türkiyənin İzmir (24-26 fevral) və Bolqarıstanın Pernik şəhərlərində təşkil olunacaqdır. Qadınlar arasında yarışlar Fransanın Tur (10–12 fevral) və İsveçin Klippan şəhərlərində keçiriləcəkdir.
“Qızıl Liqa”nın final mərhələsini isə iyunun 24-25-də Bakıda keçirmək nəzərdə tutulmuşdur. Yarışların proqramına güləşin hər üç növü daxil edilmişdir.