Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qızının şəklini öpərək şəhadətə ucalan baş leytenant VİDEO

Neftçala, 4 mart, İsmayıl Cəfərli, AZƏRTAC

Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vuraraq 28 illik həsrətimizi qələbə ilə tamamladı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Bu tarixi qələbəmiz qəhrəman şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanıldı. Vətən müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Əsəd Əsədovdur.

AZƏRTAC xəbər verir ki, həyatı və döyüş yolu ilə bizi qürurlandıran şəhid Əsəd Camaləddin oğlu Əsədov 1978-ci ildə Neftçala rayonunun Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbinin, 1999-cu ildə isə Bakı Dövlət Universitetinin məzunu olub. Universitetdə hərbi kafedrada oxuyan Əsəd leytenant rütbəsi alaraq, 2004-2005-ci illərdə 1 il 8 ay müddətində həqiqi hərbi xidmətdə olub və baş leytenant kimi xidmətini başa vurub.

2007-ci ildə Ülkər xanımla ailə quran Əsədin bu izdivacdan 3 övladı dünyaya gəlib. İki oğlu Camaləddin, İslam və qızı Selin. Əsəd haqq savaşımızda son nəfəsinədək döyüşərək şəhadətə ucalanda 10 aylıq Selinin şəklini öpərək gözlərini əbədilik yumub.

Şəhidin həyat yoldaşı Ülkər Əsədova deyir ki, Əsədlə axırıncı dəfə oktyabrın 11-i danışıb və qızı Selinin şəklini ona göndərib: “O, Selini çox istəyirdi. Sanki onunla nəfəs alırdı. Son döyüşündə də Selinin adını çəkib, uşağın şəkilin öpüb. Silahdaşları deyirlər ki, gözlərini əbədi yumarkən belə qızının adını çəkib”.

Əsəd kimi oğullar 44 günlük Vətən müharibəsi adlı tarixin hər səhifəsini canı və qanı hesabına yazdılar. Atası Cəmaləddin kişi deyir ki, Əsəd haqqında keçmişdə danışmaq çox çətindir. Sonuncu dəfə ailəsinə zəng edəndə valideynləri ilə də vidalaşıb: “Belə bir deyim var, “evdən getmədi, eldən getdi”. Uşaqlıqdan həmişə davranışı və qabiliyyəti ilə hər kəsin rəğbətini qazanmışdı. Ailəmiz, nəslimizə hər zaman başucalığı gətirib. O, mənim üçün sağdır. Elə bilirəm ki, sabah, ya birisi gün qayıdacaq”, - deyə şəhidin atası bildirir.

Əsədin haqq savaşımızda tanış olduğu, sonradan dostluğa çevrilən silahdaşlarından biri də ağxalatlı qəhrəmanımız həkim Elpay Şükürovdur. Döyüş meydanında güllə yağışının, mərminin altından yüzlərlə yaralını təxliyə edən həkimin sözlərinə görə, Əsədlə sentyabrın 21-i təlimlərdə tanış olub: “On beş gün birlikdə təlimlərdə olduq. Çox möhkəm dostluğumuz yarandı. Vətən müharibəsi başladı, bizim bölüklər ayrı-ayrı istiqamətlərdə döyüşə girdi. Döyüş yoldaşlarının içərisində hörməti vardı. Oktyabrın ortalarında eşitdim ki, şəhid olub, çox üzüldüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də yaralanmışdım, ona görə də Əsədi, onun məzarını ziyarət etmək bu günə təsadüf etdi. Onu tanıdığıma görə fəxr edirəm, hər zaman qəlbimizdə yaşayacaq”.

42 yaşında şəhidlik məqamına yüksələn Əsədin özündən 3 yaş kiçik olan qardaşı Elsevər hələ də onun yoxluğuna inana bilmir. “O, hər birimizi, valideyinlərimizi, övladlarımızı qorudu. Müharibə başlayanda tərəddüd etmədən qatıldı, Vətənimizi də qorudu. Bu yolda canını fəda etdi”, - deyə Elsevər söyləyir.

Şərəfli həyat yaşayan Əsəd Əsədov Vətən müharibəsində işğalçı Ermənistan ordusuna qarşı 16 gün mərdliklə vuruşub və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə - oktyabrın 13-ü düşmən snayperindən açılan güllə ilə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Əsəd Cəmaləddin oğlu Əsədov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

İllər keçsə, də gələcək nəsillər Əsəd kimi şəhidlərimizi hər zaman böyük minnətdarlıqla yad edəcək. Hər birimizin vətəndaşlıq borcudur ki, bizə qələbə sevinci yaşadan Əsəd kimi oğullarımızı daim qəlbimizdə yaşadaq.

Qızının şəklini öpərək şəhadətə ucalan baş leytenant VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır VİDEO

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır VİDEO

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: Səyyar ASAN xidmətin Gürcüstana gəlməsi bir daha sübut edir ki, dövlətimiz xaricdə yaşayan vətəndaşlarımıza daim diqqət göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir VİDEO

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir VİDEO