Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır  ŞƏRH

Bakı, 15 mart, AZƏRTAC

XII Qlobal Bakı Forumuna ev sahibliyi edən paytaxtımız dünyanı narahat edən problemlərin və çağırışların müzakirə edildiyi, onların həlli yollarının axtarıldığı mühüm beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda 400-ə yaxın xarici qonaq iştirak edir. On altı panel üzrə aparılan müzakirələrdə aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi mühüm mövzular müzakirəyə çıxarılıb. Forum beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh məsələlərinin geniş müzakirəsinə şərait yaradır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev forumun açılışında ölkəmizin iqtisadi potensialı, gələcək planları və Ermənistanla münasibətlər barədə iştirakçılara ətraflı məlumat verib, Cənubi Qafqazda sülh və sabitliyin əsaslarına toxunub: “Bildirildi ki, Azərbaycanın bərpaolunan enerji potensialı faydalı qazıntılardan əldə edilən enerji istehsalına bərabər olacaq. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan 12 ölkəyə təbii qaz satır ki, onlardan 10-u Avropa ölkəsidir. Son illərdə dəmir yolu vasitəsilə ölkəmizdən keçərək Avropaya daşınan yüklərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bu da dəniz limanı və dəmir yolu infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasını zəruri edir. Bir sözlə, Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır. Bakı Forumunda dövlətimizin başçısı COP29-un uğurlarına toxunaraq qeyd etdi ki, 10 ildən artıq müddətdə razılığa gəlmək mümkün olmayan Paris Sazişinin 6-cı maddəsi üzrə konsensus əldə olundu. COP29 çərçivəsində bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasına nail olundu”.

Deputat vurğulayıb ki, COP29 ərəfəsində Azərbaycan Qərb mediasının, xüsusilə “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsweek” və “Assoşieyted Press” kimi media resurslarının qarayaxma kampaniyasına məruz qalıb: “Bu, elə həmin media qurumlarıdır ki, ABŞ Prezidenti Donald Tramp onları yalan və saxta xəbər mənbələri adlandırırdı. Onlar bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkə olaraq COP29-a ev sahibliyi edə bilmərik. ABŞ Dövlət Departamenti, Fransa prezidenti, “Le Monde”, “Fiqaro” və digər bu kimi media orqanları da bu kampaniyaya qoşulmuşdular. Təbii ki, bütün bu təzyiqlərin əsas səbəbi Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, bunun isə Qərbdə həzm edilə bilməməsidir. Bizim mübarizəmiz ədalətə və beynəlxalq hüquqa söykənirdi. Biz BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini icra etdik. Dövlətimizin başçısı Ermənistanı sülh tərəfdarı kimi göstərməyə çalışan bəzi Avropa bürokratlarına xatırlatdı ki, İkinci Qarabağ müharibəsi zamanı ermənilər şəhərlərimizi və kəndlərimizi ixracı qadağan olunmuş “İsgəndər M” raketi ilə hədəfə almışdı. Həmin raket hücumu məhz Ermənistanın baş naziri Nikol Paşinyanın əmri ilə icra edilmişdi”.

Tahir Mirkişili qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan sülh razılaşmasına çox yaxındır: “Lakin Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Naxçıvanla Qərb rayonlarımız arasında nəqliyyat dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Minsk qrupu buraxılmalı və Avropa İttifaqının müşahidə missiyası sərhədlərimizdən çıxarılmalıdır. Həmçinin Fransanın Ermənistanı ölümcül silahlarla təmin etməsi Cənubi Qafqazda sülhə ciddi təhdiddir. Əgər Ermənistan sülh istəyirsə, bu qədər silahlanma nəyə lazımdır? Sülh istəyən ölkə bütün bunlara son qoymalıdır. Azərbaycan Qərb dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan qaçmır, əksinə, bu işdə maraqlıdır. Lakin münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanmalıdır. Bəzi Qərb dairələri istəyirlər ki, biz də digərləri kimi onlara “bəli, cənab” deyək. Cənubi Qafqazın ən güclü dövlətindən bunu gözləmək və tələb etmək qeyri-realdır. Azərbaycan ABŞ Prezidenti Donald Trampın Baydenin dövründə pozulmuş Bakı-Vaşinqton münasibətlərinə yenidən baxacağına ümid edir”.

Sonda Tahir Mirkişili vurğulayıb ki, XII Qlobal Bakı Forumu Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platformadır: “Biz öz imkanlarımızı, perspektiv planlarımızı, sülhə xidmət edən siyasətimizi xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırdıq. Azərbaycan dünyada cərəyan edən iqtisadi və siyasi proseslərə seyrçi qalmaq niyyətində deyil. Bakı yeni dünya düzənində özünəməxsus yer tutmaq istəyir və bu istiqamətdə ciddi addımlar atır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır