Azərbaycan Dövlət İnformasiya Agentliyi

QLOBAL BÖHRAN ƏMƏKDAŞLIĞA MANEƏ DEYİL

Bakı, 25 fevral (AZƏRTAC). Keçən il Rusiya ilə Azərbaycanın ticarət-iqtisadi sahədə əməkdaşlığının yekunları bu fikri inandırıcı şəkildə sübut edir. AZƏRTAC-ın müxbirinin xahişi ilə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri ŞEDRİN bəzi ən mühüm uğurlar və ikitərəfli münasibətlərin gələcək inkişafının əsas istiqamətlərindən danışmışdır. O demişdir:

- Keçən il birgə səylərimiz sayəsində ticarət-iqtisadi əlaqələrin həcmi mühüm psixoloji hədd sayılan 2 milyard dolları keçmək mümkün olmuşdur. Beləliklə, hər iki ölkənin ali rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifə uğurla yerinə yetirilmişdir. İkitərəfli əmtəə dövriyyəsinin həcmi 2007-ci illə müqayisədə 39,3 faiz artaraq 2402,5 milyon dollara, o cümlədən ixrac 42,6 faiz artaraq 1991,1 milyon dollara, idxal isə 25,4 faiz artaraq 411,4 milyon dollara çatmışdır.

Azərbaycan üçün ən iri ənənəvi malgöndərən olan Rusiya keçən il ixracatçı ölkələr arasında lider mövqeyini saxlamış, Azərbaycana ixracın ümumi həcmində onun payı 18,8 faiz olmuşdur. Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin nomenklaturu çoxşaxəliliyi ilə səciyyəvidir. Son iki ildə xarici ticarət əlaqələrimizin səciyyəvi xüsusiyyəti xammal olmayan əmtəələrin, o cümlədən maşın-texniki məhsulların ixracının artmasıdır. 2008-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsinin 36,8 faizi bu məhsulların payına düşmüşdür. Rusiyadan göndərilən malların 90 faizdən çoxu maşınqayırma, avtomobil və kimya sənayesi məhsulları, metal məmulatlar, taxta-şalban və inşaat materialları, ərzaq və kənd təsərrüfatı xammalıdır.

Qarşılıqlı əmtəə dövriyyəsinin nomenklaturunda cəmi 1720 adda mal vardır. Avtotraktor texnikası satışı mühüm yerlərdən birini tutur. Belə ki, 2008-ci ildə Rusiyadan Azərbaycana 15637 minik avtomobili, 6108 yük avtomobili, 143 avtobus, 55 avtokran, 371 ədəd xüsusi təyinatlı avtomobil və 191 traktor ixrac edilmişdir. Azərbaycanda fəal işləyən “AvtoVAZ”, “Jiquli” şirkətləri keçən il respublikaya 11,5 mindən çox minik avtomobili, “Metrovaqonmaş” ASC (Mıtişşi) Bakı Metropoliteni üçün 36 vaqon göndərmişdir. Xəzər Dəniz Gəmiçiliyi yükgötürmə qabiliyyəti 13,5 min ton və 12 min ton olan “Zəngəzur” və “Cabbar Haşımov” tankerlərini almışdır. Bu tankerlərdən birincisi Nijni Novqorodda, ikincisi isə Tatarıstanda inşa edilmişdir.

İki ölkənin fövqəladə hallar nazirlikləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. Keçən ilin may ayında İrkutsk aviasiya zavodu Azərbaycan FHN-ə bir ədəd Be-200 təyyarə-amfibiya satmışdır, Azərbaycan FHN üçün xüsusi təyinatlı vertolyotların və digər texnikanın alınması üzrə işlər başlanmışdır.

İl ərzində Bakı-Novorossiysk boru kəməri vasitəsilə 1,383 milyon ton neft ixrac edilmişdir. Mübadilə qaydasında Rusiyadan Azərbaycana 6,6 milyon dollarlıq 167,1 milyon kilovat-saat, Azərbaycandan Rusiyaya isə 9,2 milyon dollarlıq 358,8 milyon kilovat-saat elektrik enerjisi verilmişdir.

Y.Şedrin daha sonra vurğulamışdır ki, keçən il rusiyalı taxıl və un ixracçıları Azərbaycanın ərzaq bazarında lider mövqelərini bərpa edə bilmişlər. Azərbaycandan ixracın həcmi isə 10,6 faiz artaraq 582,87 milyon dollara çatmışdır. İxracın strukturunda ərzaq məhsulları üstünlük təşkil edir (73,6 faiz). Bütövlükdə Azərbaycandan RF-yə ərzaq və kənd təsərrüfatı xammalı ixracı ümumi ixracın 81,0 faizinə çatmışdır. O cümlədən, meyvə-tərəvəz məhsulları ixracı 94,7 faizi, şəkər ixracı 70,7 faizi, meyvə-tərəvəz şirələri ixracı 66,5 faizi və pambıq ixracı 93,6 faiz təşkil etmişdir. İxrac edilən mallar arasında təzə tərəvəz və meyvə, piylər və bitki mənşəli yağlar, ağ şəkər və xalis saxaroza, distillə edilmiş tünd spirtli içkilər, üzüm şərabı, fındıq, fermentasiya edilmiş qara çay, heyvan və bitki mənşəli qarışıq yağlar, meyvə və tərəvəz şirələri vardır. Bundan əlavə, kimya sənayesi məhsulları, nasos-kompressor boruları, tikişsiz metal borular və bəzi başqa mallar ixrac edilmişdir.

Y.Şedrin keçən il Rusiya şirkətlərinin Azərbaycandakı fəaliyyət dairəsinin genişlənməsindən bəhs edərək bildirmişdir ki, bu müddətdə “Baltika” pivəbişirmə şirkətinin, “Rusiya Dəmir Yolları” ASC-nin birinci yük şirkətinin, Xarici Ticarət Bankının, ROSNO, “Delrus” və başqa şirkətlərin nümayəndəlikləri fəaliyyətə başlamışdır. Hazırda respublikada Rusiya kapitalının iştirakı ilə 550-dən çox şirkət işləyir.

Keçən ilin yekunlarına görə, Rusiya Azərbaycana 12 milyon dollar sərmayə qoymuşdur. Başqa sözlə desək, o, hələlik Azərbaycanın aparıcı sərmayəçiləri sırasına daxil olmasa da, bu istiqamətdə də ciddi irəliləyiş var. Nardaran yaxınlığında iri kurort kompleksinin tikintisinə başlanır. “Crocus İnternational” şirkəti bu tikintinin maliyyələşdirilməsi üçün 1 milyard ABŞ dollarından çox vəsait sərf etməyi nəzərdə tutur. “Baltika” şirkəti Xırdalan pivə zavodunda qurğuların modernləşdirilməsinə başlamışdır. Bu işlər üçün 20 milyon ABŞ dollarından çox vəsait xərclənəcəkdir. “Titan” şirkətlər qrupu, “Bentonit” elm-istehsalat kompleksi, Kirov zavodu və Rusiyanın bəzi başqa biznes strukturları Azərbaycanda sərmayə layihələrini həyata keçirirlər.

Rusiyanın ticarət nümayəndəsi yaxın gələcəkdə ticarət-iqtisadi əlaqələr sahəsində vəziyyəti proqnozlaşdıraraq demişdir ki, biz təkcə ölkələrimizin iqtisadiyyatlarında qərarlaşmış meyilləri, qarşılıqlı ticarətin strukturunu təhlil etməklə kifayətlənmir, qlobal böhranın ehtimal olunan təsirini də nəzərə alırıq. Zənnimcə, yaxın perspektivdə Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biri mövqeyini qoruyub saxlayacaqdır. Çünki əlavə dəyər vergisi yüksək (90,0 faizdən çox) olan malların Rusiyadan əmtəə ixracının strukturunda üstünlük təşkil etməsi ixracın dünya karbohidrogenlər və digər xammal bazarında konyunkturdan asılılığını xeyli azaldır.

Bu tezisi təsdiq edən bir fakt da ondan ibarətdir ki, böhran təzahürlərinə baxmayaraq, Azərbaycan hökuməti regionların, sənayenin, nəqliyyat infrastrukturunun, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, ekologiyanın sağlamlaşdırılmasını və digər tədbirləri nəzərdə tutan iri sərmayə layihələrinə ciddi dəyişikliklər etmək niyyətində deyil. Bu layihələrin həyata keçirilməsi üçün maşın-texniki qrupa aid malların, tikinti, ağac materiallarının, qara metal prokatının, kimya sənayesi məhsullarının idxalının xeyli artırılması tələb olunur. Rusiya ixracının 90 faizdən çoxu bu məhsulların payına düşür. Üstəlik, adları çəkilən ixrac mövqelərinin çoxu üzrə Rusiya əvvəlki kimi yenə də aparıcı malgöndərən, bəzi mallar (məsələn, taxta-şalban) üzrə isə inhisarçıdır.

Eyni zamanda biz, Azərbaycan bazarında üçüncü ölkələr tərəfindən rəqabətin güclənməsini nəzərə alaraq, ilk növbədə, maşınqayırma sahəsinə aid şirkətlərimizin diqqətini daha çevik qiymət siyasəti yeritməyin, buraxılan məhsulların keyfiyyətini artırmağın, müqavilə öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsini təmin etməyin zəruri olmasına yönəldirik. Onlara tövsiyə edirik ki, rusiyalı malgöndərənlərin məhsulunun, məsələn, taxılın Azərbaycan bazarında həcmini artırmaq məqsədi ilə Azərbaycana əlaqəli kreditlər verilməsi və başqa preferensiyalar təqdim olunması təcrübəsindən daha geniş istifadə etsinlər.

Azərbaycan hökuməti tərəfindən xarici ticarət fəaliyyətinin liberallaşdırılmasına yönəlmiş tədbirlər (taxıl, un və müdafiə sənayesi üçün avadanlıq idxalına görə ƏDV-nin ləğv edilməsi, bu il yanvarın 1-dən etibarən ixrac-idxal əməliyyatlarının gömrük rəsmiləşdirilməsi zamanı “vahid pəncərə” prinsipinin tətbiq edilməsi), heç şübhəsiz, Rusiyadan ixracın artmasına kömək edə bilər.

Y.Şedrinin fikrincə, bu il və yaxın illərdə Rusiyaya ixracın strukturunda kənd təsərrüfatı xammalı və ərzaq məhsulları yenə də üstünlük təşkil edəcəkdir. Hələlik Azərbaycandan bütün ixracın həcminin 75 faizə qədəri bu malların payına düşür. Üzümçülüyün və şərabçılığın inkişafı proqramının həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının emalı və saxlanması üçün yeni obyektlərin tikintisi və mövcud obyektlərin modernləşdirilməsi yaxın perspektivdə ixracın, o cümlədən Rusiyaya da ixracın həcmini artırmağa imkan verəcəkdir. Sənayenin və neft kimyası kompleksinin texniki təchizatının yeniləşdirilməsinə dair planlar nəzərə alınmaqla, neft maşınqayırması və kimya məhsulları ixracının da artacağını proqnozlaşdırmaq olar.

RF-nin ticarət nümayəndəsi ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini ümumən müsbət qiymətləndirməklə bərabər, bir tərəfdən, Rusiyada sənaye məhsulları istehsalının sürətinin azalması və bunun nəticəsi kimi Rusiyadan xammal qruplarına aid olmayan malların ixracı barədə təkliflərin azalmasını, digər tərəfdən, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi üçün resurs çatışmazlığı nəticəsində onlara tələbatın və ümumən daxili istehlakın azalmasını da istisna etməmişdir.

Y.Şedrinin fikrincə, cari il həm Rusiya və Azərbaycanın milli iqtisadiyyatları üçün, həm də ikitərəfli ticarət-iqtisadi əlaqələr üçün heç də sadə olmayacaqdır. Eyni zamanda, dünya böhranının nəinki təsirini neytrallaşdırmaq üçün hər iki ölkənin hökumətləri tərəfindən görülən tədbirlər, ən başlıcası, Rusiya biznesinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa marağının artması (Rusiya şirkətlərinin müraciətlərinin sayının xeyli artması buna dəlalət edir) ticarət-iqtisadi sahədə qarşılıqlı əlaqələrin perspektivlərini müsbət qiymətləndirməyə əsas verir.

Vladimir Morozkov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib