Qlobal ərzaq qiymətləri 1,6 faiz artıb
Roma, 8 mart, AZƏRTAC
Fevral ayında qlobal ərzaq qiymətləri yanvarla müqayisədə 1,6 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə baş ofisi Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bildirilir ki, artım əsasən şəkər tozu, bitki yağları və süd məhsullarının qiymətlərindəki bahalaşma fonunda baş verib. Fevralda ərzaq qiymətləri indeksi yanvar ayına görə 1,6 faiz artaraq 127,1 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə isə qiymət artımı 8,2 faiz olub.
Buğda və qarğıdalı qiymətləri aylıq əsasda 0,7 faiz artıb, illik müqayisədə isə 1,1 faiz azalıb. FAO 2024-2025-ci illər üçün qlobal dənli bitki istehsalı proqnozunu 2 milyard 841,8 milyon tona, buğda istehsalı proqnozunu 792,2 milyon tona yüksəldilib.
Ay ərzində düyü qiymətləri 6,8 faiz azalıb. Palma, soya və günəbaxan yağlarının qiymətləri 2 faiz bahalaşıb, illik müqayisədə isə artım 29,1 faiz olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]