Qlobal istiləşmə Arktika göllərinin metan emissiyasını artırır
Bakı, 19 sentyabr, AZƏRTAC
Arktika göllərinin əriməsi metan emissiyasının artmasına səbəb ola bilər. Bu nəticə İsveç, Norveç və İspaniya alimlərinin birgə apardığı araşdırmada əldə olunub. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri Umeo Universitetinin saytında dərc olunub.
İsti və rütubətli iqlim göllərin dibindən daha çox metan sərbəst buraxılır. Metan karbon dioksiddən 25 dəfə güclü təsirə malikdir. Arktika gölləri qlobal metan emissiyasının böyük hissəsini təşkil edir. Araşdırma göstərib ki, metan istehsalı göldən-gölə əhəmiyyətli dərəcədə dəyişir və bu, göllərin ekoloji xüsusiyyətləri ilə sıx bağlıdır.
Tədqiqatçılar Şpitsbergen arxipelaqındakı Skandinaviya subarktik zonasına aid 10 göldə araşdırma aparıblar və müəyyən ediblər ki, metanın böyük hissəsi dibin üst 10 sm-lik təbəqəsində əmələ gəlir. Burada bol miqdarda üzvi maddə mövcuddur və bakteriyalar üçün əlverişli şərait yaranır.
Araşdırmanın nəticələri göstərir ki, dib və sahil bitkiləri ilə zəngin kiçik göllər ümumilikdə daha çox metan istehsal edir, baxmayaraq ki, həcmi göldən-gölə fərqlənir.
Tədqiqatçılar əldə etdikləri nəticələri dünya üzrə 60-dan çox gölün məlumatları ilə müqayisə ediblər və müəyyən ediblər ki, tropik və mülayim bölgələrdə metan istehsalı adətən daha yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]