Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal su böhranının Azərbaycana təsiri: Ölkəmizdə bu sahədə vəziyyət necədir? - Araşdırma

Qlobal su böhranının Azərbaycana təsiri: Ölkəmizdə bu sahədə vəziyyət necədir? -  Araşdırma
       Su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda
azalmağa doğru gedir

Bakı, 15 aprel, AZƏRTAC

Planetimizin dörddə üç hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, ilk baxışda su təminatı barədə narahatlığa heç bir əsas olmadığını düşünə bilərik. Ancaq şirin su hədsiz dərəcədə azdır. Dünyadakı su ehtiyatlarının yalnız 2 faizə qədəri şirin sudan ibarətdir və bunun üçdə ikisi buzlaqlardan cəmləşdiyindən planet sakinlərinin istifadəsi üçün əlçatmazdır. Su resursları regionlar və dövlətlər arasında qeyri-bərabər paylanıb. BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Hazırda davam edən qlobal istiləşmə və quraqlığın artması mövcud problemi daha da kəskinləşdirir. Son 150 ildə dünyada orta iqlim temperaturu 0,8-1,2 dərəcə artıb. Bu, o deməkdir ki, təhlükənin miqyası getdikcə böyüyür. Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozuna əsasən, Yer kürəsi əhalisini qlobal quraqlıq və kəskin su çatışmazlığı kimi böyük bir sınaq gözləyir. Azərbaycanda isə su qıtlığını yaradacaq əsas səbəb iqlim dəyişikliyi ilə bağlıdır.

AZƏRTAC ölkəmizdə su qıtlığı ilə mübarizə sahəsində görülən işlərə nəzər salır.

Azərbaycan ərazisində də içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkəmizin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu rəqəm 20-21 kubkilometrə qədər azalır. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanda gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədilə bir neçə il əvvəl tədbirlər görülməsinə başlanıb. Belə ki, 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, əks osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 kubmetr gücündə qurğu inşa edilib. 2016-cı ildə 2-ci qurğu inşa edilərək istehsal gücü 2 dəfə artırılıb və 5 min kubmetrə çatdırılıb. Burada həcmi 500 kubmetr olan xüsusi örtüklə izolyasiya edilmiş metal su çəni qurulub, həcmi 750 kubmetr (1 ədəd) və 2 min kubmetr (1 ədəd) olmaqla cəmi iki ədəd yeraltı dəmir-beton su anbarı inşa edilib. Azməsrəfli adi texnologiyalardan istifadə etməklə Şirvan kollektorunun suyunu içməli su keyfiyyətinə çatdırmaq mümkündür. Bu gün dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında gündə 7 min kubmetr həcmində suvarmaya yararlı su istehsal olunur.

Prezident İlham Əliyev cari il martın 30-da “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu istiqamətdə ölkədə aparılan fəaliyyətin davamı olaraq aprelin 12-də Prezident İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” və “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamlar imzalayıb. Sərəncamların əsas məqsədi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov işğaldan azad edilmiş ərazilərimizdəki su ehtiyatları ilə bağlı məlumatları AZƏRTAC-la bölüşüb. Bildirilib ki, azad edilmiş ərazilərdə mövcud su ehtiyatları da kifayət qədərdir. Belə ki, 1990-cı illərin statistikasına əsasən, həmin rayonlarda 2 milyard kubmetrə yaxın su ehtiyatı var. Bu ərazilərdə ekoloji əhəmiyyətə malik göllərin bir çoxu qar və yeraltı sular hesabına qidalanır. Bu göllərin bəziləri antropogen təsirə məruz qalıb. Onlardan biri Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında yerləşən İşıqlı Qaragöldür. Uzunluğu 1950 metr, maksimal eni 1250 metr, maksimal dərinliyi 7- 8 metr, suyun həcmi isə 10 milyon kubmetr olan İşıqlı Qaragölün şəffaflığı 4,6 metrdir. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması (iri nasos stansiyaları quraşdırılmışdır) gölün suyunun tükənməsinə (qurumasına) və çirklənməsinə səbəb olub.

Şuşa rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1984-86-cı illərdə aparılan kompleks hidrogeoloji tədqiqatlar nəticəsində üst və orta sulu komplekslərin 6 perspektiv sahə üzrə yeraltı su ehtiyatları qiymətləndirilib, bundan başqa rayon ərazisində mövcud olan bulaqlarının su ehtiyatları da hesablanıb. Bütövlükdə Şuşa rayonu üzrə içməyə yararlı yeraltı suların ehtiyatı 5,0 min metr/gün təşkil edir.

Şuşa rayonunda istismar ehtiyatları 9 min kubmetr/gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur. Yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılıb. 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq 143,4 min kubmetr/gün həcmində qiymətləndirilib. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar olaraq keçmiş SSRİ-nin Geologiya Komitəsində 48,3 min kubmetr/gün həcmində Qarqarçayın məcraaltı (39,3 min metr/gün) və Yura çöküntülərinin (9 min kubmetr/gün) yeraltı su ehtiyatları təsdiq olunub.

Xocavənd rayonunun istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədi ilə həmin rayonun ərazisində 1983-1985-ci illərdə kompleks hidrogeoloji tədqiqatlar aparılmış və nəticədə yeraltı suların istifadə olunma imkanlarına görə 9 perspektiv sahə seçilmiş və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkar edilib. Bundan başqa bulaq axını moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, Xocavənd rayonu ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.

Laçın rayonu ərazisində 1988-1992-ci illərdə istifadəyə yararlı suların axtarışı məqsədilə kompleks hidrogeoloji tədqiqatların aparılması layihələndirilib. Əfsuslar olsun ki, ermənilərin Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar bu tədqiqatlar başa çatdırılmayıb. Ona görə də həmin ərazilərdə yayılmış yeraltı su ehtiyatları qiymətləndirilməyib. İlkin hesablamalara görə, həmin rayonda Dördüncü dövr, Təbaşir və Yura yaşlı süxurlarda intişar tapmış yeraltı suların ehtiyatları uyğun olaraq 60-80 min kubmetr/gün təşkil edir.

Kəlbəcərin su ehtiyatının əsasını Tərtər çayı təşkil edir. Tərtər çayı - uzunluğu 184 kilometr olmaqla, su toplayıcı sahəsi 2650 kilometrdir. Çayın en kəsiyindən ən az sulu illərdə 13,4 kubmetr/san, orta sulu illərdə 23,1 kubmetr/san, çox sulu illərdə isə 41,6 kubmetr/san su axır.

Ağdam rayonunun ərazisindən keçən ən iri çay - Xaçınçaydır. Uzunluğu 104 kilometr olmaqla su toplayıcı sahəsi 657 kvadratkilometrdir. Çayın en kəsiyindən ən az sulu illərdə 3,30 kubmetr/san, orta sulu illərdə 4,33 kubmetr/san, çox sulu illərdə isə 6,3 kubmetr/san su axır. Ağdam rayonunda yeraltı sularının istismar ehtiyatları 124,63 min kubmetr/gün təşkil edir.

Füzuli rayonunda Köndələnçay-Araz çayının sol qolu olmaqla uzunluğu 102 kilometr, su toplayıcı sahəsi 536 kvadratkilometrdir. Orta sulu illərdə çayın en kəsiyində 1,57 kubmetr/san, az sulu illərdə 0,71 kubmetr/san, çox sulu illərdə isə 2,43 kubmetr/san su axır.

1985-1987-ci illərdə aparılmış hidrogeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsində yeraltı suların ehtiyatları iki rayon üzrə 204,83 min kubmetr/gün həcmində qiymətləndirilib. Beləliklə, Füzuli və Cəbrayıl rayonları üzrə istifadəyə yararlı yeraltı su ehtiyatları 440 min kubmetr/gün təşkil edir. Füzuli rayonunun yaşayış məntəqələri üçün Cərəkən hövzəsində 31 min kubmetr/gün həcmində ehtiyat hesablanıb.

Qubadlı rayonunda 600-dən çox mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan təbii bulaqlar vardır. Bundan başqa, 46 kilometr uzunluğunda içməli su kəmərləri, Hal, Mahruzlu, Məmər və Xanlıq kəndlərində subartezian içməli su quyuları da var. Rayon ərazisində tədqiq olunmuş bulaqların axın moduluna görə 10,8 min kubmetr/gün həcmdə qiymətləndirilmiş yeraltı su ehtiyatlarını da nəzərə alsaq, Qubadlı rayonu üzrə istifadəyə yararlı yeraltı su ehtiyatları 84 min kubmetr/gün təşkil edir. Qubadlı rayon ərazisində Həkəri çayı vadisində içməli və təsərrüfata yararlı yeraltı sularda öyrənilmişdir. Bu sular dördüncü dövrün allüvial, allüvial-prolüvial çöküntülərində yerləşib, ekoloji tərkibi çaqıl-çınqıl və qumlardan ibarətdir.

Qubadlı rayonu su ehtiyatlarının əsası: Bərguşad çayı - (Bazarçay) - Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistandan götürür, uzunluğu 158 kilometr, su toplayıcı sahəsi 5600 kvadratkilometrdir. En kəsiyindən az sulu illərdə respublika ərazisində 9,3 m3/san, çox sulu illərdə ısə 29,9 metr/san su axır. Həkəri çayı - Araz çayının sol qolu olmaqla uzunluğu 113 km, su toplayıcı sahəsi 2570 kvadratkilometrdir. Çayın en kəsiyindən az sulu illərdə 6,27 kubmetr/san, orta sulu illərdə 15,3 kubmetr/san, çox sulu illərdə isə 24,2 kubmetr/san su axır. Ərazinin ən iri çayı Araz çayıdır. Respublikanın ikinci əsas su mənbəyi sayılan Araz çayı öz başlanğıcını Türkiyədən götürür. Uzunluğu 1072 kilometr (daxildə 77 kilometr), su toplayıcı sahəsi 102 min kvadratkilometrdir (daxildə 15 min 700 kvadratkilometr).

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov AZƏRTAC-a açıqlamasında ölkəmizdə su qıtlığı ilə bağlı vəziyyət və görülə biləcək tədbirlər haqqında danışıb.

O, hazırda Azərbaycanda su ehtiyatlarının azalmasına bir necə amilin təsir göstərdiyini, bunun əsas səbəblərindən birinin qlobal miqyasda baş verən iqlim dəyişmələri olduğunu deyib. Mütəxəssis bildirib: “İqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır. Bununla bərabər, eyni proseslər qonşu ölkələrdə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir”.

Rövşən Abbasov qeyd edib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3-cü milli məlumatlarına görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Buna görə də suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik. Eyni zamanda, getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu gün su kanallarımız əsasən torpaq məcralı olduğundan orada su sızmaları çox olur. Bununla yanaşı, suvarma metodlarımız da köhnədir. Bütün bunları dəyişməklə, yeni texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton kanallara çevirməklə su itkilərini azalda bilərik. Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı ilə mübarizədə effektiv nəticə verə bilər.

Onun sözlərinə görə, su qıtlığı ilə mübarizənin əsas yolu ona uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif ölkələr milli səviyyədə uyğunlaşma strategiyaları, milli adaptasiya planları hazırlayırlar. Azərbaycanda da tədricən bu istiqamətdə işlər görülməsinə başlanılıb. Belə ki, Azərbaycanda kənd təsərrüfatı, su sektoru və sahil ərazilərin idarə olunması istiqamətində hazırda milli adaptasiya planının işlənilməsinə geniş bir hazırlıq prosesi gedir. Su sektorunda milli adaptasiya planı nədir? Hazırda Azərbaycanda milli su strategiyası işlənilməkdədir. Bir mütəxəssis kimi həmin strategiyadan gözləntilərim böyükdür. İnanıram ki, milli su strategiyası yaxın onilliklər ərzində Azərbaycanda su sektorunda baş verəcək dəyişikliklərə işıq saçacaq.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub