Azərbaycan Dövlət İnformasiya Agentliyi

QMİ sədri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımıza müraciət edib

QMİ sədri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımıza müraciət edib

Bakı, 28 dekabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün dünyada yaşayan soydaşlarımıza müraciət ünvanlayıb.

AZƏRTAC QMİ-nin mətbuat xidmətinə istinadla müraciəti təqdim edir: “Yer kürəsinin müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, Uca Yaradanımızdan xeyir-dualar diləyir və ən xoş arzularımı yetirirəm.

Bu il ikinci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfəri hər bir azərbaycanlı üçün tarixi ədalətin bərpası uğrunda Haqq savaşımızın şərəf və qürur mənbəyidir. Uca Allahın köməyi, Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi. Azərbaycanın torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan Ordumuz dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı. Vətən naminə canını fəda edərək şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman əsgər və zabitlərimizə Allahdan rəhmət, şücaətli qazilərimizə şəfalar diləyirik.

Şükürlər olsun ki, hər il bayramlarımızı 30 il həsrətində olduğumuz Şuşanın Cıdır düzündə qarşılamaq arzumuz bizlərə nəsib oldu. 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa önəmli beynəlxalq tədbirlərin keçirildiyi, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” adına layiq görülmüş mübarək məkandır. Bir millət, iki dövlət - Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqliyinin mühüm tarixi nailiyyəti olan Şuşa Bəyannaməsinin ardınca Şuşada bu il türk-İslam həmrəyliyinin təcəssümü olan Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis olunması, ilk Bəyannaməsinin qəbul edilməsi xüsusi rəmzi məna daşımaqla böyük mənəvi uğurumuzdur. Bu il Şuşa Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etdi. Qürurumuzun ünvanı Şuşada tarixə Zəfər Qurultayı kimi həkk olunmuş bu tədbir, əminəm ki, hər bir soydaşımız üçün xüsusi önəm kəsb etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram edilməsi ənənəsinin əsasını qoymuş, ilk Qurultayın təşəbbüskarı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyini gələn il təntənə ilə qeyd edəcəyik, inşallah.

Möhtərəm həmvətənlər, Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri - vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, tarixi, mədəni və dini abidələrimizin bərpası ilə bağlı hazırda davamlı şəkildə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın yüksək mənəvi dəyərlərinə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına bütün dünya şahiddir. Şuşada yeni, möhtəşəm məscid binasının təməlinin qoyulması, Füzulidə, Zəngilanda fəaliyyətə başlamış beynəlxalq hava limanları, Şuşaya aparan Zəfər yolu, yeni Laçın yolu, əsası qoyulan sənaye obyektləri, ilk sakinlərini qarşılamış müasir Ağalı kəndi dövlətimizin gücünə və qüdrətinə inamımızı, gələcəyə nikbinliyimizi artırır. Uca Allahın köməyi, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, işğaldan azad olunmuş torpaqlarımız ən qısa zamanda yenidən dirçəldiləcək, Böyük Qayıdış tezliklə gerçəkləşəcək.

Əziz həmvətənlər, sizləri hər birimiz üçün önəmli olan Həmrəylik Günündə təbrik fürsətindən istifadə edərək, mühüm olan bir reallığı xatırlatmaq istərdim. Dünya azərbaycanlıları onilliklər ərzində Zəfərimiz naminə böyük fədakarlıq nümayiş etdiriblər. Şanlı Qələbəmizin nəticələrinin bundan sonra da həyatın bütün sahələrində davam etməsi üçün millət olaraq daha çox səy göstərməli, hələ də şovinist və məkrli niyyətlərindən əl çəkməyən erməni və ermənipərəst təhrikçilərin təbliğat və təxribatlarını, qarayaxma kampaniyalarını dəf etmək istiqamətində bütün qüvvəmizlə mütəşəkkil olmalıyıq. Bu reallığı nəzərdən qaçırmamalıyıq ki, Ermənistanın hərbi-siyasi dairələri, erməni kilsəsi və diasporu, habelə onları dəstəkləyən bəzi ölkələr və bədnam təəssübkeşləri erməni xalqını məqsədyönlü şəkildə revanşizmə və yeni müharibəyə kökləyir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının imzalanmasından sonra işğaldan azad olunmuş ərazilərimizdə diversiyalar törədilir, torpaqlarımızda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkar edilir. Həmin Bəyanatın müddəalarında nəzərdə tutulduğuna baxmayaraq, Ermənistana məxsus hərbi birləşmələr Azərbaycan ərazisindən çıxarılmır, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan və humanitar məqsədlər üçün açıq olan Laçın yolu vasitəsilə yeni silah-sursat, minalar daşınır, qanunsuz şəkildə təxribatçılar göndərilir, separatçı rejim xaricdən dəstək alır. Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir, talanmış təbii sərvətlərimiz ölkədən çıxarılır, ekologiyamız məhv edilir. Bütün bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin dərin narazılığına səbəb olur. Buna etiraz olaraq Azərbaycanın qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri, ekoloqlar və gənclərin iki həftədən artıq Şuşa-Xankəndi yolunda davam edən dinc xarakterli aksiyası barədə Ermənistan, xüsusən, Eçmiədzin və Kilikiya kilsəsi tərəfindən yalan və böhtan xarakterli anti-Azərbaycan təbliğatı aparılır, “erməni blokadası, humanitar fəlakət”, “erməni xalqına qarşı etnik təmizləmə siyasəti” kimi qələmə verməyə çalışırlar və bəzi hallarda müəyyən siyasi-ictimai dairələrin məlumatsızlığı ucbatından bu yalan məlumatlara istinad edilir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda aydın görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və aksiya keçirənlər tərəfindən buna heç bir maneə törədilmir. Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyət üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbiristanlıqları dağıdan, məscidləri, kilsələri yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür. Bununla belə, türkofob və islamofob dairələr məkrli şəkildə Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparırlar. Bunun qarşısını almaq, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq işində dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Beynəlxalq qurumlar müstəvisində, diplomatiya sahəsində, qlobal iqtisadi layihələr zəminində haqq, ədalət uğrunda mübarizə Vətənin nəfinə davam etməlidir. Azərbaycan naminə, millətimizin gələcək qələbələri naminə, beynəlxalq miqyasda daha böyük uğurlarımız naminə Uca Yaradanımızın buyurduğu kimi, bir olmaq, həmrəy olmaq zamanıdır.

Əziz həmvətənlər, bir daha hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə, ailələrinizə səadət və uğur arzulayır, Uca Yaradandan xeyir-dualar diləyirəm. Qadir Allah hər zaman yardımçımız olsun, xalqımızı, müstəqil dövlətimizi və müdrik dövlət rəhbərimizi qorusun, Azərbaycanımızı hifz etsin! Amin!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir