Qobustanda 600 nəfərə bayram sovqatı verilib
Qobustan, 25 iyul, AZƏRTAC
Qobustanda Rayon İcra Hakimiyyəti tərəfindən 600 nəfərə bayram sovqatı paylanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sovqat vətəndaşlara qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə verilib. İrəlicədən hazırlanan siyahıya əsasən, bayram sovqatı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, habelə aztəminatlı ailələrə paylanıb.
Sovqatın paylanması koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına əməl edilməklə təşkil olunub. Belə ki, sovqat ayrılan xüsusi avtomobillərlə evlərə göndərilib, habelə siyahıya əsasən kiçik qruplar tərəfindən təyin olunan ərazilərdən verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]