Qobustanda vətəndaşların vaksinasiyası davam edir
Qobustan, 22 fevral, AZƏRTAC
Qobustan rayonunda vətəndaşların təhlükəli COVID-19 virusuna qarşı vaksinasiyası mərhələli şəkildə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhalinin vaksinasiyası modul tipli şəhər xəstəxanasında xüsusi nəzarət altında, TƏBİB-in təlimatına uyğun olaraq aparılır. Bunun üçün bütün lazımi şəraitin yaradıldığı 4 peyvənd, 6 gözləmə, 2 qeydiyyat və 2 təcili yardım otaqları ayrılıb.
Rayon üzrə indiyədək 197 nəfər səhiyyə işçisi, ikinci mərhələdə 65 yaşdan yuxarı və hazırda 50 yaşdan yuxarı 438 nəfər, ümumilikdə isə 635 nəfər peyvənd olunub.