Qorsten Vessels: İşğaldan azad olunan ərazilərin bərpasında yaxından iştirak etməyə hazırıq
Bakı, 2 iyun, AZƏRTAC
Almaniyanın “Dİ david international-hische” şirkəti neft-qaz sektoru və enerji sahəsində ixtisaslaşıb. Şirkətimiz əsasən gəmilərdə istifadə olunan avadanlıqların istismarı və təmiri ilə məşğul olur.
Bu barədə AZƏRTAC-a müsahibəsində şirkətin nümayəndəsi Qorsten Vessels deyib.
Q.Vessel bildirib ki, təmsil etdiyi şirkət müxtəlif ölkələrdə quraşdırılan stansiyaları vasitəsilə dünyanın istənilən regionunda müasir avadanlıqların texniki təminat məsələlərinin həllinə yardım edir.
Bundan başqa, şirkət yük avtomobilləri və kranların, eləcə də xilasetmə qurğularının istehsalı sahəsində təkmilləşib.
Bakıya ilk dəfə səfər etdiyini qeyd edən Q.Vessel sərgidə yeni tərəfdaşlar tapmaq ümidindədir. Müsahibimiz, həmçinin qeyd edib ki, işğaldan azad edilən ərazilərimizin bərpası ilə bağlı istənilən yardımı göstərməyə hazırdır.