Qubada 130 gənc "Komando" hərbi-idman oyunu düşərgəsində iştirak edib
Quba, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində keçirilən "Komando" gənclərin hərbi-idman oyunu düşərgəsində respublikanın 18 ali və 11 orta ixtisas təhsili müəssisəsini təmsil edən 130 gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgə Gənclər və İdman Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunub.
Sentyabrın 7-dən start götürən düşərgə iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi təlim və hərb oyunlarına qatılıb, birincilik uğrunda mübarizə aparıblar.
Hərbi simulyativ formatda təşkil olunan düşərgədə Vətən müharibəsinin qaziləri ilə gənclərin görüşləri keçirilib.
"Komando" gənclərin hərbi-idman oyunu düşərgəsində bağlanış mərasimində iştirakçılar Vətənə sədaqət andı içiblər.