Quraqlıq səbəbindən Van gölü kiçilir
Bakı, 13 sentyabr, AZƏRTAC
Yağıntının azalması və güclü buxarlanma Türkiyənin ən böyük gölü olan Van gölünün sahəsinin kiçilməsinə səbəb olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, suyun azalması səbəbindən gölün sahilində baş verən dəyişikliklər peyk görüntülərində də aydın nəzərə çarpır. ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) “Landsat” və Avropa Kosmik Agentliyinin “Sentinel-2” peykinin iyul ayında çəkdiyi fotoşəkillərdə əvvəllər su altında olan bir çox ərazinin quruya çevrildiyi görünür. Van gölündə suyun səviyyəsinin aşağı düşməsi nəticəsində indiyədək suyun altında qalan bəzi tarixi tikililər də üzə çıxıb.
Yağıntıların azalması və temperaturun mövsüm normasından yüksək olması səbəbindən gölün hər gün daha çox su itirdiyinə diqqət çəkən ekspertlər yağışların artması ilə bu vəziyyətin düzələcəyinə ümid edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]