Qurban Qurbanov: “Atletik”ə qarşı çəkinmədən mübarizə aparacağıq
Bakı, 21 oktyabr, AZƏRTAC
“Sabah çox yaxşı komandaya qarşı oynayacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubu ilə keçiriləcək III tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis rəqibin oyun tempinə tab gətirməyə çalışacaqlarını deyib: “İstəyirik ki, azarkeşlər oyunumuzdan razı qalsınlar. Rəqibin təcrübəli baş məşqçisi var. Özünəxas oyun üslubu olan kollektivdir. Çox dinamik və sürətli oynayan komandadır. Bizim də təcrübəmiz ildən-ilə artır. Rəqib xal qazanmaq üçün çox istəklidir. Hər bir halda biz də yaxşı nəticə üçün çalışacağıq. Oyundan-oyuna məsuliyyətimiz və həvəsimiz daha da artır. İki matç və iki qələbə çox ümidvericidir. Ölkə futbolu üçün də olduqca önəmlidir. Həmişə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq. Bu dəfə də çəkinmədən mübarizə aparacağıq”.
Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]